Nərgiz Cəlilova televiziyadakı maaş azlığından gileyləndi
- 15-02-2021, 14:41
- 904
Bu sözləri Əməkdar artist Nərgiz Cəlilova "Səhər mərkəzi" proqramında deyib. Aparıcı telekanallarda maaşların az olmasından bəhs edib:
"Bu günün tələbləri o qədər yüksəkdir ki: insan gəzmək, geyinmək, ləziz yeməklər yemək istəyir. Bunun kafe, restoranı da. Ona görə də gənclərimiz özəl şirkətlərə üz tuturlar, orada maaş yüksəkdir. Artıq bu məsələ həll olunmaq üzərədir".
Aparıcı Tural Əsədov N.Cəlilovanın illər əvvəl ona dediyi "Haqqımda demişdi ki, ondan heç vaxt aparıcı olmayacaq" sözlərini xatırladıb.
Aparıcı "Arxanızca yox, üzünüzə demişdim. İllər ötəndən sonra peşəkar aparıcı oldunuz. Tədbirlərin birində dedim ki, Tural səninlə fəxr edirəm, illər əvvəl dediyim sözləri geri götürürəm" cavabını verib.