Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi - Rəsm
Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm yenidən sosial şəbəkələrdə gündəm olub.
“Bir neçə il əvvəl AzPost hərbi mövzuda çəkilmiş rəsmin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqunun həyat yoldaşı Rozalina Sviquna hədiyyə edildiyini yazıbmış.
Həmin şəkildə qırmızı mürəkkəblə “Əziz və çox qiymətli Roza xalaya İlhamdan. 1969-cu il” sözləri qeyd edilib.
Bildirilib ki, rəsm barədə illər sonra general Sviqunun nəvəsi Violetta Niçkova paylaşım edib. V.Niçkova nənəsinin Bakıda keçirdikləri illərlə bağlı generaltsvigun.ru saytında yayımlanan xatirələrində Əliyevlər ailəsi ilə dostluq münasibətlərindən bəhs edib.
O qeyd edib ki, ailəsi Heydər Əliyevin həmin illərdə göndərdiyi təbrik məktublarını qoruyub saxlayıb: “Ailə arxivimizdə Əliyevlərin babama yazdıqları məktublar, teleqramlar bu gün də qalıb. Nənəmin Bakıda yaşadığı illərdə yazdığı gündəlikdə həmin dostluq münasibətləri barədə çoxlu maraqlı xatirələr var. Onlardan biri Heydər Əliyevin oğlu, 8 yaşlı İlhamın Sviqunlar ailəsinə göndərdiyi şəkildir”.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb