SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 25 yaşlı qızın ölümünə səbəb olan “Roma” ləqəbli Ramal Məmmədovun FOTOLARI

25 yaşlı qızın ölümünə səbəb olan “Roma” ləqəbli Ramal Məmmədovun FOTOLARI

Tarix:

18-09-2019, 13:58

/ 2 629 dəfə oxundu.
25 yaşlı qızın ölümünə səbəb olan “Roma” ləqəbli Ramal Məmmədovun FOTOLARI

Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub. 25 yaşlı G.Əmiraslanlı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.


Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirib.

İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Minval.İnfo xəbər verir ki, hadisə yerindən qaçan “Volkswagen Passat” markalı avtomobilin sürücüsü Ramal Məməmmədova görə başqa biri ittiham edilib. Belə ki, piyadanı şəxsi avtomobili ilə xəstəxanaya çatdıran, onu xilas etməyə çalışan “Maserati” markalı avtomobilin sürücüsü Elvin Qasımzadə hadisəni törədən şəxs kimi yerli mətbuatda və sosial şəbəkələrdə ittiham edilirdi. Sonradan onun sadəcə insanlıq borcunu yerini yetirdiyi, hadisə ilə əlaqəsi olmadığı məlum olub.

Piyadanın ölümünə səbəb olan “Volkswagen Passat” markalı avtomobilin sürücüsü Ramal Məməmmədov haqqında minval.info maraqlı məlumatlar əldə edib. 10-GN-002 dövlət qeydiyyat nişanının özünün simvoluna çevirən Roma ləqəbli Ramal Məmmədov bu günə qədər bu nömrə ilə bir neçə avtomobil idarə edib.

Öz avtomobillərini çox sevən, nömrəni talisman kimi istifadə edən Roma, maşınları üçün özəl kliplər belə çəkdirib. Bu günə qədər bu nömrə ilə “BMW”, “Mercedes”, “Lexus”, “Lada Niva” və sairə avtomobillər idarə edib. R.Məmmədov sonuncu idarə etdiyi “Volkswagen Passat” markalı avtomobilini bir müddən öncə 11 min dollara satışa çıxardıb. Təcili pula ehtiyacı olan Ramal, sonradan fikrini dəyişib.






Şərhlər

XƏBƏR LENTİ