SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mən ləzgiyəm azərbaycanlı deyiləm” Dövlət Reklam Agentliyi əməkdaşından ölkəmizə qarşı xəyanət

Mən ləzgiyəm azərbaycanlı deyiləm” Dövlət Reklam Agentliyi əməkdaşından ölkəmizə qarşı xəyanət

Tarix:

20-08-2019, 03:24

/ 2 990 dəfə oxundu.
Mən ləzgiyəm azərbaycanlı deyiləm” Dövlət Reklam Agentliyi əməkdaşından ölkəmizə qarşı xəyanət

Agentlik əməkdaşının Azərbaycanın dil normalarını kobud şəkildə pozmasına etiraz edən sahibkar həmin şəxsin kobud rəftarı ilə üzləşib “Mən ləzgiyəm azərbaycanlı deyiləm” deyərək Azərbaycana qarşı məkirli fikrini etiraf edib.

Bakının Səbail rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup şəxs agentlik əməkdaşlarının kobud münasibətinə məruz qalmaları ilə bağlı İnterpress.az— informasiya portalına müraciət edib.

Sahibkarlar agentlik əməkdaşlarının onlarla kobud rəftar etdiklərini və Azərbaycan dilində onlarla danışmaqdan imtina etdiyini deyiblər:
Agentlik əməkdaşının Azərbaycanın dil normalarını kobud şəkildə pozmasına etiraz edən sahibkar həmin şəxsin kobud rəftarı ilə üzləşib “Mən ləzgiyəm azərbaycanlı deyiləm” deyərək Azərbaycana qarşı məkirli fikrini etiraf edib.

Qeyd edək ki, 20 iyun 2017-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur: ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılsın. Müəyyən edilir ki, Dövlət Reklam Agentliyinin fəaliyyətinə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.
Azərbaycan Prezidenti Administrasiyası bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək. Bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi "Reklam haqqında” qanunla müəyyən edilmiş qaydada davam etdirilsin.

Dövlət başçısının digər sərəncamı ilə Aydın Münsüf oğlu İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin edilib.

Maraqlıdır ki. təyinatdan iki il keçsə də hələ də agentlik özünü doğrultmayıb. ADRA haqqında mətbuatda ancaq neqativ məlumatlar var.

Şərhlər

XƏBƏR LENTİ