XalqXəbər.Az

Ölüm işində günahlandırılan şirkət rəhbərinə məhkəmə "yox" dedi

Ölüm işində günahlandırılan şirkət rəhbərinə məhkəmə "yox" dedi
24-10-2019, 15:00

Bakıda səhlənkarlıqda təqsirləndirilən "Sahil-D" MTK-nın icraçı direktoru Adilağa Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, A.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, "Sahil-D" MTK-nın icraçı direktoru A.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Xətai Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan A.Hüseynov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, bir müddət əvvəl Hüseynov Adilağa Minəxan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni, səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə iş açılıb. Xətai rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.