XalqXəbər.Az

Taleh Bağırzadənin həyat yoldaşının cinayət işinə XİTAM VERİLDİ

yüklənir...
Taleh Bağırzadənin həyat yoldaşının cinayət işinə XİTAM VERİLDİ
2-10-2019, 14:58
yüklənir...

"Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət işinə xitam verilib.

Bu barədə APA-ya vəkil Fəxrəddi Mehdiyev məlumat verib. O bildirib ki, bu gün cinayət işinə xitam verilib.

L. İsmayılzadə Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) ittiham verilmişdi

Xatırladaq ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, 21.03.2019-cu il tarixdə 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Onu da qeyd edək ki, T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.