XalqXəbər.Az

Cahangir Hacıyevin vurduğu ziyanın məbləği açıqlandı

yüklənir...
Cahangir Hacıyevin vurduğu ziyanın məbləği açıqlandı
23-07-2019, 15:48
yüklənir...

“Beynəlxalq Bank işi” ilə bağlı uzun müddətdir davam edən məhkəmə prosesində bankın sabiq sədri Cahangir Hacıyevin vəkilləri növbəti vəsatətlə çıxış ediblər. Vəsatətə görə, guya ABB-yə dəymiş ziyan hesablanarkən, borclulardan borc əvəzinə götürülmüş əmlaklar nəzərə alınmayıb.

Bankın problemli aktivləri üzrə tələb hüququ verilən “Aqrakredit” QSC-dən “AzPolitika.info”ya göndərilən məlumatda bildirilir ki, borc əvəzinə alınan bütün əmlakların dəyəri nəzərə alınıb və “Azərbaycan Beynəlxalq Bankı” ASC və onun törəmə müəssisəsi olan “Bank MBA Moskva” MMC-yə 69 müəssisənin veksellər və kredit borcları, eləcə də, ölkə ərazisində olan 17 yerli müəssisə və şirkətə verilmiş kreditlər üzrə banka dəymiş ziyan ümumilikdə 4.1 milyard manat təşkil edib.

Məlumatda deyilir: “Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Hacıyev Cahangir Fevzi oğlu və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 179.3.1, 179,3.2, 213.2.1, 193.1.1, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə davam edən məhkəmə işində “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı mülki iddiaçı qismində təmsil olunur.

Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li fərmanının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri (borcları) ilə bağlı kreditlər üzrə əsas borclar, faizlər və veksellər üzrə tələb hüququ “Aqrarkredit” QSC-yə ötürülmüşdür.

“Aqrarkredit” QSC tərəfindən ibtidai istintaqda təqsirləndirilən Cahangir Hacıyevə,”General Construktion” MMC-nin sabiq direktoru Dünyamin Xəlilova və daha 18 nəfərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mənimsəmə və digər maddələri ilə verilmiş ittihamla bağlı olaraq mülki iddia qaldırılmışdır.

“Azərbaycan Beynəlxalq Bankı” ASC və onun törəmə müəssisəsi olan “Bank MBA Moskva” MMC-yə 69 müəssisənin veksellər və kredit borcları, eləcə də, Azərbaycan Respublikasının ərazisində olan 17 yerli müəssisə və şirkətə verilmiş kreditlər üzrə banka dəymiş ziyan ümumilikdə 4.1 milyard manat təşkil etmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsində 15 iyul 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında Cahangir Hacıyevin vəkilləri tərəfindən bu məbləğə etiraz edilərək “Aqrarkredit” QSC-nin dəymiş ziyanla bağlı verdiyi mülki iddia məbləğində müəssisələrdən müsadirə olunmuş əmlakların dəyərinin nəzərə alınmadığı bildirilmişdir.

Bununla bağlı bildiririk ki, yuxarıda qeyd edilən 86 borclu müəssisənin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən və onun törəmə müəssisəsi olan “Bank MBA Moskva”MMC-dən aldıqları borc məbləğləri üzrə banka dəymiş ziyan hesablanarkən həmin borclulardan borc əvəzinə götürülmüş əmlaklar qiymətləndirilmiş, bazar dəyəri mülki iddia məbləğindən azaldlmışdır.

Odur ki, məhkəmə prosesində Cahangir Hacıyevin vəkilləri tərəfindən “Aqrarkredit” QSC-nin dəymiş ziyanla bağlı verdiyi mülki iddia məbləğindən borclu müəssisələrdən borc əvəzində götürülmüş əmlakların dəyərinin azaldılmaması barədə vəsatəti əsassız olmaqla həqiqətə uyğun deyildir.

“Aqrarkredit” QSC tərəfindən istər ölkə ərazisində, istərsə də ölkə xaricində, toksik aktivlər üzrə borcların qaytarılması istiqamətində həm hüquqi, həm də iqtisadi tədbirlərin görülməsi davam etdirilir”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.