"Oğlumun xatirəsinə bulaq düzəltmək adı ilə pulumuzu alıb..." - Şəhid ailəsindən İDDİA

Beyləqan rayon ərazisində yerləşən Xocavənd qəsəbəsində yaşayan şəhid valideynləri dələduz tərəfindən aldadıldığını iddia edir.
Bizim.Media-nın yerli bürosuna müraciət edən şəhid Xəyal Namazovun atası Xudaverdi Namazov başına gələnləri əməkdaşımıza danışıb.
Xudaverdi Namazovun sözlərinə görə, özünü qeyri-hökümət təşkilatının rəhbəri kimi təqdim edən Hamlet Gülməmmədov adlı şəxs əvvəllər şəhidin böyük şəkli vurulmuş yeri onlardan alaraq xatirə bulağı tikmək qərarına gəlib.![]()
İddialara görə, Hamlet Gülməmmədov öncə xatirə bulağının təşkilat tərəfindən inşa ediləcəyini desə də, sonra ailədən tikinti materiallarına və usta xərclərinə görə dəfələrlə pul alıb. Lakin ailənin sonradan tələb edilən əlavə məbləğə imkanı çatmadığı üçün işi dayandırmaq qərarına gəliblər.
Nəticədə isə şəhid ailəsi dələduzluğun qurbanı olduqlarını bildirirlər.
Daha ətraflı hazırladığımız videoreportajda:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək