Binəqədini rəsmən SƏHRAYA ÇEVİRİRLƏR... - BU NƏDİ BELƏ?!
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində uzun müddətdir hasara alınmış və baxımsız saxlanılmış böyük yaşıllıq ərazi məhv edilir.
Tribunainfo.az yazır ki, “Dərnəgül” metrostansiyasının yaxınlığında yerləşən yaşıllıq ərazi uzun müddət baxımsız saxlanılmışdı. Sakinlər hasarlanmanım əbəs olmadığını, planı şəkildə aparıldığını ehtimal edirdi.
Uzun müddətdir metal torla hasarlanmış bu ağaclıq yer baxımsız qalıb. Əvvəllər ərazi başdan sona qədər sıx yaşıllıq olub. İndi ağacların bir qismi məhv edilib, proses isə hələ də davam edir
Ağacları qırmağa isə meşəliyin tam orta hissəsindən başlayıblar ki, əhali hiss etməsin.
Sakinlərin sözlərinə görə, ağaclar kəsilir və ərazidə tikinti işlərinə hazırlıq görülür. Budama olsaydı, başqa ağaclar da budanardı.
Yaşıllıq ərazinin baxımsız qalması, məhv edilməsi ilə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət edib, bu haqda mediada dəfələrlə mövzu işıqlandırılıb. Ancaq görünür problem aidiyyəti qurumları narahat etmir.![]()
![]()
![]()
Mənbə: Tribunainfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək