SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

Tarix:

2-12-2023, 17:30

/ 389 dəfə oxundu.
Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

"Neftqazelmitədqiqatlayihə insititutunun baş mühəndisi Fazil Həsənov açıq-aşkar formada bu insitutda işə düzəltdiyi ailə üzvlərinə, qohumlarına və yalnız vəzifəli qohumları olan işçilərə imtahandan kənar və ya formal həyata keçirdiyi imtahanla dərəcə verməklə, bizim kimi aktiv işləyən gənclərə qarşı ayrı-seçkilik edir.

Bu haqsızlıq və ədalətsizlik artıq uzun illərdir ki, davam edir. Hər dəfə eyni şəxslərə qiymət verilməsi biz gənclərdə böyük ruh düşkünlüyünə səbəb olur. Aramızdakı bəzi əməkdaşlar işdən çıxarılma qorxusuna görə bütün baş verən ədalitsizliklərə boyun əyib susurlar.

Baş mühəndis Fazil Həsənov "Neft və qaz emalı şöbəsi"nin mühəndis-texnoloqlarının işləməli olduğu layihələri "Neft və qaz yataqlarının abadlaşdırılması" şöbəsinə yönləndirir. Şəxsi ədavəti olduğu üçün Emal şöbəsinin işçilərinin gördüyü işləri qiymətləndirmir. Baş mühəndis Fazil Həsənov min bir bəhanə ilə "Neft və qaz emalı" şöbəsinin işçilərini müxtəlif şöbələrdə oturub işləməsini əmr vermişdir.

F. Həsənov öz maraqlarını güdür. Nəninki dərəcə artimlarında hətta şəxsi icazə almalarda da ayrı-seçkilik salır. İşçi xəstə halda həkimin qəbuluna gedən zaman həkim deyir ki "rəhbərlik tapşırıb, ölsən də qalsan da işdən buraxılmağa icazə yoxdur" ".

Şikayətçi: Şölə Haqverdiyeva
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Şərhlər

XƏBƏR LENTİ