SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Amerikalı senator qalmaqallı Bob Menendesin senatdan getməsinə çağırış etdi: “O, əslində, Nyu-Cersidən deyil”

Amerikalı senator qalmaqallı Bob Menendesin senatdan getməsinə çağırış etdi: “O, əslində, Nyu-Cersidən deyil”

Tarix:

2-12-2023, 16:15

/ 346 dəfə oxundu.
Amerikalı senator qalmaqallı Bob Menendesin senatdan getməsinə çağırış etdi: “O, əslində, Nyu-Cersidən deyil”

ABŞ-də konqresmen Corc Santosun Nümayəndələr Palatasından uzaqlaşdırılmasından sonra demokrat senator Con Fetterman hazırda rüşvətxorluq və əlbir olma ittihamları ilə üzləşən senator Bob Menendesin də kənarlaşdırılmasına çağırış edib.

“O getməlidir. Əgər Santosu kənarlaşdıracaqsınızsa, Menendes kimi birinin senatda qalmasına necə imkan verə bilərsiniz?” - deyə Pensilvaniyanı təmsil edən Fetterman bildirib.

“Fikrimcə, daha vacib məqam ondan ibarətdir ki, senatda, əslində, daha pis və ciddi işlər görmüş həmkarımız var”, - deyə o, Menendes haqqında fikrini bildirib.

“Hesab edirəm ki, Menendes əslində Nyu-Cersidən deyil, Misirdən olan senatordur. Ona görə də həqiqətən onun getməli olduğunu düşünürəm”, - deyə Con Fetterman qeyd edib.

Fetterman bu açıqlamaları Nümayəndələr Palatasının Nyu-Yorkdan olan konqresmeni tarixi səsvermə nəticəsində senatdan uzaqlaşdırmasından dərhal sonra verib. Belə ki, Corc Santosa qarşı 2022-ci ildə kreslosu uğrunda kampaniyası zamanı öz keçmişi haqqında yalan danışdığı ilə bağlı ittiham irəli sürülüb.

İttiham aktına görə, hazırda keçmiş konqresmen elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılığa görə yeddi, çirkli pulların yuyulmasına görə üç, dövlət vəsaitinin mənimsənilməsinə görə bir və Nümayəndələr Palatasına əhəmiyyətli ölçüdə yalan ifadələr təqdim etməyə görə iki maddə üzrə ittiham olunur.
Digər tərəfdən, senator Menendesə həyat yoldaşı Nadin Arslanyan və Nyu-Cersidən olan biznesmen Vael Xana ilə birlikdə keçən ay bir dövlət məmurundan xarici agent kimi istifadə etmək üçün əlbir olmaq maddəsi ilə də ittiham irəli sürülüb.

Menendes öz vəzifə səlahiyyətlərindən üç iş adamının və Misir hökumətinin maraqları naminə istifadə etməsi üçün rüşvət almaqda, o cümlədən ştat və federal hakimiyyətin araşdırma nəticələrinə təsir etmək cəhdində, həmçinin hökumətin məhdud məlumatlarını Qahirəyə ötürməkdə ittiham olunur. O bu ittihamlar üzrə özünü təqsirli bilməyib.

Eyni zamanda senator və onun həyat yoldaşı da qəsbkarlıqda da ittiham ediliblər.

Qeyd edək ki, korrupsiya məhkəməsi Menendesin dövlət qulluğunda çoxillik karyerası ərzində ikinci məhkəmə olub.

Mənbə: Anadolu

Şərhlər

XƏBƏR LENTİ