XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Dənizdə ölən modellə birgə yaxtada kimlər olub - Milli Məclisin əməkdaşı Nailə Sultanova, deputat oğlu və …

Dənizdə ölən modellə birgə yaxtada kimlər olub - Milli Məclisin əməkdaşı Nailə Sultanova, deputat oğlu və …

Dənizdə ölən modellə birgə yaxtada kimlər olub - Milli Məclisin əməkdaşı Nailə Sultanova, deputat oğlu və …
11-07-2017, 11:40

Bir müddət əvvəl Sabunçu rayonu ərazisindəki çimərlikdə model Günel Mirzəyeva dənizdə dostları ilə yaxta gəzintisi zamanı faciəli şəkildə ölüb.
Xatırladaq ki, hadisə Bilgəhdə – Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verimişdi. Yaxta gəzintisi zamanı 3 dost 3 qızla dənizdə olarkən faciə baş verib.
Bu faciənin digər iştirakşıları bugünədək ciddi-cəhdlə gizli saxlanılır. Yəni hadisədə kimlərin olması, yaxtanın kimə məxsus olması ictimaiyyətdən gizlədilir.
Dəfələrlə modelin ölümü ilə bağlı cinayət işinin açıldığı Sabunçu rayon prokurorluğu ilə əlaqə saxlamağa çalışsaq da bu günədək bizə hətta müstəntiqin kim olması belə məlum deyil. Modelin və dostlarının qəzaya uğradığı yaxta ilə bağlı FHN-in “Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti” də, məsələ ilə bağlı ictimaiyyətə heç bir məlumat vermədi.
Düzdür saytlarda hadisə iştirakçılarından biriin və yaxtanın sahibinin deputat oğlu olması barədə məlumatlar yayıldı. Amma rəsmi orqanlar hələ də susmaqda davam edir.
Daxil ollan məlumata görə, hadisə iştirakçılarından biri Milli Məclisin əməkdaşı Nailə Sultanovadır.
Biz baş verənlərə aydınlıq gətirmək üçün Nailə Sultanovanın mövqeyini dərc etməyə hazırıq.

NUH.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.