"Görəsən, hansı maraqlardan dövlət büdcəsinin səmərəsiz xərclənməsinə göz yumurlar?" - ETİRAZ
QHT sekorundakı neqativlərlə bağlı İFŞA PROSESİ davam edir. DİA.AZ bildirir ki, bu dəfə Esmira Orucova adlı hüquq müdafiəçisi ilginc iddialarda bulunub. E.Orucova yazır:
"QHT Agentliyinin həqiqətən də başlı-başına, nəzarətsiz olduğunu bir daha xatırlatmaq istəyirəm. Layihə menecerlərinin işlərinə belə nəzarət edən yoxdur.
Agentlik rəhbərliyinin başı o qədər lazımsız işlərə qarışıb ki, əsas işlər qalıb kənarda.
Sizə sədrinə çox hörmət etdiyim bir QHT-nin layihəsində əks olunmuş Agentliyin loqosunu təqdim edəcəyəm.
QHT sədri məndən inciməsin, bəlkə də Agentlikdən loqonu ona bu vəziyyətdə göndəriblər.
İş əsnasında səhv də edə bilərik. Bəs, Agentliyin əməkdaşları hara baxırlar?
Günah Agentlikdəkilərdədir.
QHT Agentliyinin işi də bu bannerdə özlərinin logosu kimidir. Hər şey tərsinə gedir.
Aylardır QHT banner hazırlayıb və mediada da məlumat işıqlandırıb. Amma nəzarətsizlikdən bir nəfər də olsun o boyda Agentlikdə baxmır ki, niyə bizim logo kəllə mayallıqdır.
Vallahi ki, Agentliyin işi Allaha qalıb.
Agentlikdə dövlətin bu qədər vəsaiti göyə sovrulur, heç Agentliyə nəzarət edənlər də nə dinir, nə də danışırlar.
Görəsən, hansı maraqlardan dövlət büdcəsinin səmərəsiz xərclənməsinə göz yumurlar?
Adi bir element göstərir ki QHT Agentliyində ciddi nəzarətsizlik, özbaşınalıq baş alıb, gedir.
P.S. QHT sədrindən rica edirəm, məndən inciməsin. Bəs, layihə menecerləri nə üçündür? Bizim səhvlərimizi düzəltmək üçün deyil məgər?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...![]()
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...