SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Tovuz meşələri KİMİN DƏDƏ MALIDIR? - NAZİRİN NƏZƏRİNƏ...

Tovuz meşələri KİMİN DƏDƏ MALIDIR? - NAZİRİN NƏZƏRİNƏ...

Tarix:

12-10-2023, 09:25

/ 371 dəfə oxundu.
Tovuz meşələri KİMİN DƏDƏ MALIDIR? - NAZİRİN NƏZƏRİNƏ...

Gədəbəyin əli baltalı ictimai – iaşə obyektlərinin sahibləri meşbəyilərlə əlbir olaraq Tovuzun Yanıqlı meşəbəyliyi ərazisində ki, meşə massivlərinə qənim kəsilib.
Payız mövsümünün gəlişi ilə bağlı meşə ərazilərini örüş otlaq sahəsi kimi fermerlərə satılmasından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbəri varmı?
Bu haqda Dünyanınsəsi.Az saytına eko fəal, Gədəbəy rayonun Qoşabulaq kənd sakini Verdiyev Mübariz Əhməd oğlu tərəfindən maraqlı video və fotofaktlar göndərilib.
Belə ki, hər il olduğu kimi bu ildə Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Şamil Zeynalov vəzifə səalahiyyətlərindən sui-istifadə etməklə Gədəbəy rayonun Qoşabulaq kəndi ərazisndə yerləşən Yanıxlı (Şahzadə meşəsi) meşəbəyliyinin 37 dolayısını dədə malı kimi satırlar.
Ərazidən çəkilmiş videomateriala baxarkən məlum olur ki, sözgedən meşə dolayısında yüngül və digər konustruksiyalarla çoxlu sayda ictimai – iaşə obyektləri tikilib.Eko faəlın çəkib göndərdiyi video və fotofaktlara baxdıqda məlum olur i, tikilən obyektlərin materialları həmin meşənin ağaclarını kəsərək tikmişlər. Yerli kənd sakinləri eləcədə eko fəalın bildirdiyinə görə hər yay-payız mövsümlə bağlı hər obyekt sahibi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoruna haqq verildiyini bildirirlər.
Eko fəal onuda saytımıza bildirb ki, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Yanıxlı meşəbəyliyinin 37-ci dolayısının meşəbəyisi Quluyev Əliyar Mehdi oğlunun də həmin ərazidə kabaxanası həm də istirahət mərkəzi var.Həm də sözügedən meşbəyi ərazidə özünə məxsus olan çoxlu mal-qara saxlamqdadır.Həm də sözügedən Şamlıq meşəsində Qoşabulaq kənd sakini iki oğlu fərari olan Alıyev Front Xəlil oğluda meşələrə qənim kəsildiyi qeyd olunur.

Belə ki, onlara məxsus olan 2 ictimai – iaşə obyektləri eləcə də meşədə lövbər salan mal-qoyun sürülüri şamlıq meşəsini örüş otlaq sahəsinə çevirib.
Meşələrin icra müqaviləsi olmadan zəbt edilməsi eləcədə mal-heyvan saxlanması olayından 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin guya xəbəri yoxdur? Əlbəttdə Var!
Məlumat üçün qeyd edək ki, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorundan tutdun sıravi işçilərinə kimi hamısı bir-biri ilə qohum olduğundan meşə fond ərazilərini özlərinin biznes mənbəyinə çevirməklə özlərinin şəxsi qazanc mənbəyinə çeviriblər.Bu cür analoji vəziyyət 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində də höküm sürür.
Redaksiya olaraq inanırıq ki, meşələrin zəbt edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti araşdırma aprıb nəticəsi barədə ictimaiətə açıqlama verəcəkdir.
Qarşı tərəfi də dinləyib, mövqeyini dərc etməyə hazırıq.
Meşə dolayısını zəbt edilməsini özündə əks etdirən videomaterialı təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ