SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ləğv ediləcək komitənin sədrinin nazirlərdən müdhiş fərqi

Ləğv ediləcək komitənin sədrinin nazirlərdən müdhiş fərqi

Tarix:

10-07-2017, 19:55

/ 53 426 dəfə oxundu.
Ləğv ediləcək komitənin sədrinin nazirlərdən müdhiş fərqi

Hakimiyyətə yaxınlığı ilə seçilən azxeber.com saytı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğvi ediləcəyi xəbərini yayıb
Hökumətə yaxın mənbələrdən əldə etdiyi məlumatda qurumun səlahiyyətlərinin ASAN Xidmətə veriləcəyi açıqlanıb.
Dəfələrlə ölkədə struktur islahatlarının davamının olacağı və bu sırada sözügedən komitənin də ləğvinin nəzərdə tutulduğunu yazıb. Çünki komitənin fəaliyyətindən ciddi narazılıq var və aşağıların etirazına səbəb olur.
Bu xüsusatda deyilməlidir ki, komitənin əsas işi sənədlərin hazırlanması və qeydiyyatı prosedurunda rüşvətin tüğyan etməsidir.
Komitə sədri Kərəm Həsənov indiyə qədər heç bir rayon reyestr idarəsinin rəisinin fəaliyyətini yoxlatmayıb, hər hansı idarə müdiri cəzalanmayıb, nöqsanlar aradan qalxmayıb.
İnsafən, vergi, gömrük, aqrar sektorda və yaxud ekologiya, su təchizatı və s. sahələr üzrə müvafiq qurumlardan şikayət olanda araşdırılır, tədbir görülür, daha çox şikayət gələndə yerli idarə rəhbəri vəzifəsindən azad edilir.
K.Həsənov isə komitənin nə Bakı, nə regionlar üzrə idarə rəislərinin fəaliyyətini təftiş etmir. O baxımdan qurumun ləğvi və ASAN Xidmətə verilməsi gözləniləndir.
Post-neft dönəminin başlamasından sonra ölkədə bir çox qurumların ixtisar edilməsi və birləşdirilməsi prosesinə ilin sonuna kimi daha biri əlavə ediləcək.
Torpaq və Xəritəçəkmə Komitəsi, Nəqliyyat Nazirliyi, Azərenerji ASC ayrı-ayrı dövlət qurumlarına birləşdirilməsi prosesinin uğurlu olması hökumət üçün yeni imkanlar açıb.
Buna görə də saxlanılması "artıq xərc" hesab olunan qurumların başında gələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğvi yenidən gündəmə gəlib. Komitənin əlində olan xidmətlərlə bağlı prezidentə yüzlərlə şikayət məktubu daxil olub.
Kərəm Həsənov hakimiyyətdən vaxt istəmişdi və o vaxt artıq bitdi. Çünki verilən heç bir vəd yerinə yetirilmədi və əksinə şikayətlərin sayı günü-gündən artdı.
Buna baxmayaraq, o Ziya Məmmədov kimi gözlənilməz şəkildə deyil, xəbəri ola-ola işdən çıxarılacaq.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ