Milli Kitabxanada qalmaqal - Əməkdaşlar işə çıxmaqdan imtina edir
Azərbaycan Milli Kitabxanasının əməkdaşları bu gün işə çıxmamağa qərar veriblər.
Xalqxeber.az-ın xəbərinə görə, Pravda.az-a daxil olan məlumatda bildirilib ki, buna səbəb Gülüstan sarayında keçiriləcək Milli Kitabxananın 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsidir.
Məlumatda qeyd olunub ki, tədbirdə yalnız Milli Kitabxananın rəhbərliyi edəcək. Eyni zamanda vurğulanıb ki, Milli Kitabxananın rəhbərliyi maaşa edilən əlavələri də vermək istəmir, həmin vəsaitin Gülüstan sarayında tədbirin təşkilinə xərcləndiyi bildirilir.
Məsələni aydınlaşdırmaq üçün Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova ilə bir neçə dəfə əlaqə saxlanılsa da, Ə.İsmayılova zənglərə cavab verməyib.
Milli Kitabxanın daxili nömrəsinə edilən zənglər də cavabsız qalıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək