XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Ağdam istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU

Ağdam istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU

Ağdam istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU
19-09-2023, 08:42

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.