Tanınmış aparıcı İlham Mirzəyev yenidən efirlərdə - Bütün çətinliklər Yaxşıya Doğru dəyişəcək
Psixologiya üzrə fəlsəfə doktoru, dosent, Tanınmış teleaparıcı İlham Mirzəyev uzun zamandan sonra yenidən televiziya məkanına geri dönüş edib. Belə ki, İlham Mirzəyev “Space” telekanalında “Yaxşıya Doğru” adlı proqramda aparıcılıq edəcək. Uzun fasilədən sonra teleməkana dönən İlham Mirzəyev, dəyərli ziyalıların və incəsənət adamlarının dəvəti ilə işə başladığını deyir:
Məni “Space” televiziyasında aparıcı kimi görməyin vacibliyini qeyd edən dəyərli elm və incəsənət adamlarının xahişini nəzərə alaraq, böyük həvəslə efirə qayıtdım. Məni sevənlər və dəyər verənlər özümü hansı formatlı verilişdə, hansı layihədə görmək istədiyimi soruşdu. Mən də ictimai, sosial mövzuları əhatə edən proqramda gördüyümü bildirdim.
Proqram həftə içi 5 gün, saat 12:00-da “Space” telekenalında efirə gedəcək. İlham Mirzəyev bu layihənin də uğurlu olacağına əmindir: Verilişdə xalq tərəfindən qəbul olunmuş, cəmiyyətdə böyük nüfuza sahib olan ən əsası isə nümunəvi fəaliyyəti ilə insanlar arasında hörmət qazanan dəyərli ekspertlərimiz yer alacaq. Bir sözlə İlham Mirzəyev efirə qayıtmaqla gündəmə damğasını vuracaq. Aparıcılıq etdiyim “Yaxşıya Doğru” verilişi bütün Azərbaycan cəmiyyətinə səs salacaq. Çünki mən buna bütün qəlbimlə inanıram və komandamızın operativliyinə güvənirəm ən əsası isə “Space” telekanalının rəhbərinin güvənini doğrultmalıyam. Xüsusilə vurğulayım ki, mən də öz imicimdə dəyişikliklər etmişəm. Tamaşaçılar yeni verilişdə, yeni dekorasiyada, illərin aparıcısını yeni imicdə görəcəklər. Komandamız çox güclüdür. Qarşımıza məqsəd qoymuşuq ki, uğurlu layihə ərsəyə gələcək. Xalqın etimadını və güvənini qazanmaq hər kəsə nəsib olmur. Amma mən bunu bacarmışam. Mən sizin vasitənizlə bir daha bəyan edirəm ki, həqiqətən də köməkliyə ehiyyacı olan, haqqı və hüquqları tapdalanan insanların güvən yeri olacam. Allah bu yolda bizi utandırmasın.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...