MTN-nin “baş torbatikəni” səksəkidə - VÜSAL ƏLƏKBƏROV MÖVLAM ŞIXƏLİYEVİ İFŞA ETMƏYƏ HAZIRLAŞIR
Artıq bir neçə dəfədir ki, MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun məhkəməsi təxirə salınır. Buna səbəb isə sabiq MTN istintaqçısının son söz deməyə hələ də hazır olmaması göstərilir. Qeyd edək ki, dövlət ittihamçısının 15 il cəza tələb etdiyi Vüsal Ələkbərov məhkəmə zalından azadlıqda qalan MTN rəhbərliyinə xüsusilə, nazirliyin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevə mesaj göndərib. O, bildirib ki, mütəşəkkil dəstənin əsas rəhbərliyi azadlıqdadır və o, son sözündə sensasion açıqlamalar verəcək.
Onun son sözünü demək üçün zaman istəməsi də məhz bayırda qalan MTN rəhbərliyinə ciddi siqnal sayılmalıdır. Hələ bir neçə ay əvvəl Mövlam Şıxəliyevin həbs olunmamasının səbəbini araşdırıb. Bəlli olub ki, general azadlıqda qalması şərti ilə zərərçəkənləri razı salmalı və onlar məhkəmədə şikayətlərindən geri çəkilməlidir. Ancaq Vüsal Ələkbıərovun da bu gözləntiləri özünü doğrultmayıb. Məlum olub ki, iş üzrə zərərçəkənlərə Mövlam Şıxəliyev tərəfindən heç bir təzminat ödənilməyib. Məhz bu səbəbdən də 15 il cəza tələb olunan Vüsal Ələkbərov öz rəhbərliyini ifşa ilə hədələyir.
Bilgiləndirən mənbənin sözlərinə görə, Vüsal Ələkbərovun bu hədəsi Mövlam Şıxəliyevi əməlli təfşişə salıb. Belə ki, Vüsal Ələkbərovun ifşası sabiq baş istintaqçının həbsi ilə nəticələnə bilər.
Qeyd edək ki, Vüsal Əlıkbərovun işi üzrə məhkəmə iyulun 7-də davam etdirləcək.
Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək