SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Həbsdə qalmaq üçün açılmayan cinayətləri boynuma aldım...” – EVİ SAXTA SƏNƏDLƏRLƏ ƏLƏ KEÇİRİLƏN ŞƏXSDƏN ŞOK AÇIQLAMALAR

“Həbsdə qalmaq üçün açılmayan cinayətləri boynuma aldım...” – EVİ SAXTA SƏNƏDLƏRLƏ ƏLƏ KEÇİRİLƏN ŞƏXSDƏN ŞOK AÇIQLAMALAR

Tarix:

17-08-2023, 12:40

/ 346 dəfə oxundu.
“Həbsdə qalmaq üçün açılmayan cinayətləri boynuma aldım...” – EVİ SAXTA SƏNƏDLƏRLƏ ƏLƏ KEÇİRİLƏN ŞƏXSDƏN ŞOK AÇIQLAMALAR

 Gəncə şəhər sakini Hüseynov Anar Telman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, anası öləndən sonra ona qalan evi saxta sənədlərlə mənimsəyiblər:

"Mən, Hüseynov Anar Telman oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimin araşdırılması üçün mənə kömək göstərəsiniz.

Bildirim ki, 1978-ci ildə Gəncə şəhərində anadan olmuşam. Uşaq evinin sakini olmuşam. Bütün başıma gələnlər savadsızlığımdan və yiyəsizliyimdən olub.

1983-cü ilə kimi 2 nömrəli uşaq evindən Hüseynova Lətafət xanım tərəfindən övladlığa götürülmüşəm. Lətafət xanım ağır xəstəlikdən vəfat edənə qədər məni saxlayıb. Vəfat etdikdən sonra məni Şüvəlanda 2 nömrəli internat məktəbinə yerləşdirdilər. Mənə analıq edən şəxs ölməmişdən qabaq mülkünü sənədlə mənə əmanət etmişdir.

Artıq böyüyüb yaş həddini doldurduqdan sonra internatdan çıxaraq, Ağdaş rayonuna getdim. Ağdaş İcra Hakimiyyətinin qəbulunda oldum və ondan xahiş etdim ki, anamdan qalan evi yaşamağım üçün mənə versin. İcra Hakimiyyəti də sənədləri təqdim etdi və həmin evdə məskunlaşmağa başladım.

Bir neçə ay olardı ki, yaşadığım evdə qonşum Nahidə tərəfindən şərlənərək həbs edildim. Sən demə, həmin qonşumun qərəzli məqsədi var imiş. Həbsdən çıxandan sonra evimə gəldim və bildirdilər ki, mənim adıma olan ev başqa adama satılıb. Hər yerə getdim, müraciət etdim, sübut etdim ki, mən ev satılan vaxt həbsdə olmuşam, evimi kim, necə sata bilərdi?! Mənə qonşum və s. adamlar hədə-qorxu gəlirdilər, amma heç birinə məhəl qoymurdum. Çünki mənim olan evi saxta sənədlərlə satıblar.

Növbəti dəfə məni həbs etdirdilər, ümüdimi kəsdim, başladım açılmayan cinayətləri boynuma alıb, həbsdə qalmağa. Çünki gedəcək yerim yox idi. Həbs həyatı çətin olsa da, ən azından yeməyimizi verirdilər. Dəfələrlə "srok" yatmışam.

Hazırda vərəm xəstəsiyəm. Ağdaş rayonuna getməyə qorxuram, yenidən həbs etdirəcəklər. Xahiş edirəm, yetimçiliklə böyüyən mənə səlahiyyəti çatan çəxslər kömək etsin. Küçələrdə qalmışam, heç kəsim yoxdur. Evimi alan şəxs Baxşəliyev Şəkər və onun oğlanları məni təhdid edirlər. Hansısa dövlət kanalında müxbir işləyən qohumlarının əli ilə məni yenidən həbs etdirəcəklərini deyirlər. Müxbir bir xanımın əli ilə, onun tanığı adamlar vasitəsilə saxta sənədlər düzəldərək, evimi mənimsəyiblər.

Bu yazı efirdə və yaxud saytda gedəndən sonra mən bilirəm ki, yenidən bir yol tapıb məni həbs etdirəcəklər, ya da döydürəcəklər. Amma yaşamağa yerim yoxdur, çarəsizəm. Ağdaş rayonu, Müşviq İsayev küçəsi, dalan 1, ev 29-da qeydiyyatdayam. Sənədlərim də var. Məhkəməyə müraciət edirəm, baxılmır. İcra Hakimiyyəti qarışmır. Mən kimdən kömək istəyim? Xahiş edirəm, mən ölənə kimi evimi mənə versinlər, məni çox çarəsiz vəziyyətə salıblar".

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ