Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda narazılıq - Direktor məhkəməyə verildi
"Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" Publik Hüquqi Şəxsin direktoru məhkəməyə verilib.
Xalqxeber.az Faktinfo.az-a istinadla xəbər verir ki , məhkəməyə müraciət edənlər 13 ildir Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb bacısı kimi çalışan Mikayılova Lalə Ayaz qızı və bacısı Bayramova Jalə Ayaz qızıdır.
Belə ki, Lalə Mikayılova may ayının 13-də gecə növbəsindən çıxıb, növbəni təhvil verərkən İnstitutun rəhbərliyi tərəfindən onun dolabında axtarış aparılıb.Qərara gəlinib ki, tibb bacısı özünə məxsus dolabda lazımsız tibbi preparatlar və dərmanlar saxlayır. Bunu əsas götürərək direktor Mikayılova Laləyə töhmət verib,onu “Travma” şöbəsinin gecə növbəsindən, “Ortopediya” şöbəsinin gündüz növbəsinə keçirdib.
Eynilə 10 ilə yaxın həmin İnstitutda işləyən şikayətçinin doğma bacısı Bayramova Jalə Ayaz qızını da institut rəhbərliyi gecədən gündüz növbəsinə keçirib. Şikayətçi bacılar barələrində atılan bu addımın şəxsi prinsipdən qaynaqlandığını iddia ediblər.
Qeyd edək ki, bacılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Şahin Əkbərovdan narazıdırlar.
Onu da qeyd edək ki,narazılıq iki şəxslə yekunlaşmır digər bir neçə şəxs də,direktor Şahin Əkbərovdan digər dövlət orqanlarına şikayət edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...