SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Vladimir Oleqoviç Davlyatov, işçinin bu hala düşməyində günahkar sizsiniz" - BU NƏDİ BELƏ?

"Vladimir Oleqoviç Davlyatov, işçinin bu hala düşməyində günahkar sizsiniz" - BU NƏDİ BELƏ?

Tarix:

22-07-2023, 18:57

/ 4 525 dəfə oxundu.
"Vladimir Oleqoviç Davlyatov, işçinin bu hala düşməyində günahkar sizsiniz" - BU NƏDİ BELƏ?

"Şirvanoyl" ƏŞ-nin rəhbəri Vladimir Oleqoviç Davlyatov, işçinin bu hala düşməyində günahkar sizsiniz". DİA.AZ bildirir ki, bu etirazla tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı çıxış edib.

M.Qəhrəmanlı daha sonra yazır: "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işəgötürən işçi üçün normal iş şəraiti yaratmağa borcludur. Hal hazırda iş yerində əmək xəsarəti alan və sağlamlığını itirən , köməksiz vəziyyətdə olan, İlyas Mahmudovun müalicəsi üçün müəyyən vəsait tələb olunur. Zəhmət çəkib işçinin sağlamlığı bərpa olunanadək ona yardım edin.Bunu həm mənim ölkəmin qanunları,həm də insani xüsusiyyətlər tələb edir! Eyni zamanda, əmək xəsarəti ilə bağlı işçiyə təzyiqlər olunur, xüsusən də İZ, yəni İstehsalat Zədəsi Aktının dəyişdirilməsi ilə bağlı.
Şirvan OYl ƏŞ -nin qazmaçı işləyən, Şirvan şəhər sakini Mahmudov İlyas 07.04.2023-cü il tarixində 2 növbəli iş zamanı qəza baş verməklə xəsarət alıb. Qəza zamanı İlyas Mahmudov sol əl və ayağından ciddi xəsarət alıb. Qəza nəticəsində soz əlinin 2 və 3-cü barmaqları 1-ci buğumdan, sol ayağının bütün barmaqları ambutasiya olunub. Hal hazırda işəgötürən İZ Aktını dəyişmək istəyir . Əks təqdirdə heç bir köməklik göstərməyəcəklərini qeyd edirlər. İlyas Mahmudovun müalicəsi davam edir, lakin işəgötürən tərəfindən isə heç bir yardım olunmur.
Qeyd;Global Energy Azerbaijan Group (“GEA”) Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur- Absheron Operating Company, Binagadi Oil Company, Karasu Operating Company, Neftechala Operating Company və Shirvan Operating Company. GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış GCM Global Energy, Plc şirkətinin filialıdır. Əvvəllər bu şirkət “Russneft”in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. Sonradan isə adını dəyişərək “Global Energy” şirkətinə çevrilib. Global Energy-nin işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir. Şirkətin Bakı filialının rəhbəri Rusiya vətəndaşı İqor Kirdodadır. Global Energy-nin sahibi isə çeçen əsilli Rusiyalı sahibkar Mixail Safarbekoviç Qutseriyevdir".(DİA.AZ)

Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum və şəxsləri olaraq dinləməyə hazırıq...

Qeyd edək ki, M.QƏhrəmanlı işçinin hazırki sağlıq durumunu əks etdirən fotoları da təqdim edib:


Şərhlər

XƏBƏR LENTİ