Elşad Həsənov Yasamalı QARAÇIXANAYA DÖNDƏRİB... - Piyadasansa, qanad açıb uçmalısan...
Bakının Yasamal rayonundakı Yeni Yasamal yaşayış massivində sakinlərin səki və piyada keçidi ilə hərəkəti mümkünsüz hal alıb.
Xalqxeber.az bildirir ki, bu barədə Oxu.Az-ın redaksiyasına müraciət edən sakinlər məlumat veriblər. Onlar qeyd ediblər ki, piyadaların hərəkəti üçün maneələr daha çox Dadaş Bünyadzadə küçəsindədir. Belə ki, küçənin piyadalar üçün nəzərdə tutulmuş səkisi meyvə-tərəvəz satışı ilə məşğul olan alverçilər tərəfindən tamamilə zəbt olunub:
“Ərazidə antisanitariya şəraiti hökm sürür, yararsız, çürük meyvə və tərəvəzlərin tullantısı, satıcıların bir-biri ilə tez-tez mübahisə etməsi sakinləri təngə gətirib. Xüsusilə piyadaların həmin ərazilərdən rahat və təhlükəsiz keçə bilməməsi, buna görə də məcburən avtomobil yoluna çıxması təhlükə və narazılıq yaradır. Valideynlər uşaq arabası ilə, məhdudiyyətli şəxslər əlil arabası ilə sözügedən hissədən keçə bilmirlər”.
Sakinlər onu da bildiriblər ki, Dadaş Bünyadzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsində də piyadaların yolu keçməsi müşkülə çevrilib. Buna səbəb oradakı yerüstü piyada keçidinin üzərində taksilərin dayanmasıdır:
“Taksi fəaliyyəti ilə məşğul olan sürücülərə dəfələrlə irad bildirmişik. Amma sakinlərin narazılığını heç vaxt diqqətə almayıblar”.
Sakinlərin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək