“Azərlotereya”da yeni təyinat
“Azərlotereya” ASC-də kadr dəyişikliyi olub. Şirkətin Marketinq üzrə yeni baş rəhbəri Dilarə Bəylərova təyin edilib.
D.Bəylərova, bundan öncə Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) Marketinq kommunikasiyaları və digital media üzrə rəhbər vəzifəsində çalışıb. Həmçinin 2011-2016-cı illərdə “Nar Mobile” - “Azerfon” MMC-nin Marketinq kommunikasiyaları departamentinin rəhbəri, 2016-2021-ci illərdə isə “Formula-1” Azərbaycan Qran Pri təşkilatçısı Bakı Şəhər Halqası şirkətində marketinq meneceri kimi fəaliyyət göstərib.
Kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəm verən “Azərlotereya” ASC-də işçi sayı artmaqda davam edir. “Azərlotereya” ASC Türkiyə şirkətinə idarəetməyə verildikdən sonra əməkdaşlarının sayı 3 dəfədən çox artırılaraq 49-dan 181-ə qaldırılıb.
Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında “Azərlotereya” ASC yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri də işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilmiş “Azərlotereya” ASC-də rəqabətli insan kapitalının formalaşdırılması əsas məqsədlərdən biridir. Müasir innovativ texnologiyaları tətbiq edən şirkət iş proseslərinin bütün mərhələləri daxil olmaqla dəyər zəncirini maksimum rəqəmsallaşdırır, dördüncü sənaye inqilabının töhfələrindən olan robotik proseslərin avtomatlaşdırılması kimi yenilikləri öz fəaliyyət sahələrinə inteqrasiya edərək işçilərin bu texnologiyalara və innovasiyalara dair biliklərini artırır.
“Azərlotereya” ASC üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin “Scientific Games”, “Demirören Holding” və digər xarici partnyorların təqdim etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritik biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması üçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata keçirir.
“Azərlotereya” ASC-də işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar..png)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...