SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Qiyməti qaldırdılar... Keyfiyyətin də qaldırılacağını fikirləşdik..." - GİLEY

"Qiyməti qaldırdılar... Keyfiyyətin də qaldırılacağını fikirləşdik..." - GİLEY

Tarix:

30-06-2023, 17:24

/ 1 308 dəfə oxundu.
"Qiyməti qaldırdılar... Keyfiyyətin də qaldırılacağını fikirləşdik..." - GİLEY

"Mənim şikayətim "Push30"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Ceyhun Kərimli adlı istifadəçi giley edir.

"Qiyməti qaldırdılar... Keyfiyyətin də qaldırılacağını fikirləşdik..."

Narazı vətəndaş daha sonra yazır: "Belə ki, "push 30"da standart illik paket var. Həmin paketin qiymətini 1-2 ay öncə qaldırdılar. Keyfiyyətin də qaldırılacağını fikirləşdik. Amma əksinə rayonlardan olimpiya mərkəzlərini, şəhərdən də təmirsiz, ucuz idman zallarını əlavə etməklə keyfiyyətsiz say artırırlar. Mənim şikayətimin əsası isə odur ki, bu Standart paketlərdə olan 2-3 yaxşı yerləri də daha sonra çıxarıb nisbətən baha olan plus paketi ilə girişi məhdudlaşdırırlar. Bunu isə bu mərkəzlərdən hansınınsa olduğuna görə vaxtı ilə STANDART İLLİK PAKET alan şəxslərə də aid edirlər. Mən şəxsən Green city mərkəzi mənə yaxın olduğu üçün və Standart paketdə olduğu üçün illik paket almışdım. 2 ay deyil illik paket almışam indi yazılır ki Green city mərkəzinə ancaq plus abunələri girə bilərlər. Mən fakt illik paket alan zaman bu mərkəz olub bu paketdə olub deyə almışam. Şikayətimi bildirdikdə bunun illik paket yekunlaşdıqdan sonra illik paket alanlara aid edilməsini (düzgün olan budur) təklif etdikdə etiraz bildirirlər və 100 dən çox Push 30 da idman mərkəzi var deyilir. Mən isə bu STANDART İLLİK PAKETİ 100 dən çox mərkəzlərə görə deyil sırf yaxın olduğu və digərlərindən daha yaxşı və təmiz olduğu üçün Green city mərkəzinə görə almışdım. Mən İLLİK PAKET alan zaman bu mərkəzin olması daha sonra çıxarılması konkret olaraq vətəndaşın aldadılmasıdır !!! Yəni reklam üçün STANDART PAKETƏ 1-2 yaxşı yer əlavə edirlər, illik abunələri insanlar alırlar daha sonra həmin mərkəzi STANDART paketdən çıxarıb deyirlər ki ancaq PLUS paketi olanlar istifadə edəcəklər. Nəticədə batan insanların pulları olur ! İndi nə pul qaytarılmır nə də mənim təklif etdiyim kimi yoluna qoyulmur".


İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ