SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yaşa, yaşa şanlı Azərbaycan Ordusu

Yaşa, yaşa şanlı Azərbaycan Ordusu

Tarix:

22-06-2023, 13:37

/ 449 dəfə oxundu.
Yaşa, yaşa  şanlı Azərbaycan Ordusu

 
1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi.  1918-ci il 26 iyun tarixli Fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı və Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Bununla da  milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər.
1992-ci il oktyabrın 9-da  silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Ümummilli Lider  Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirildi.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növlərimiz oz döyüş qabiliyyətlərini və güclərini 44 günlük Vətən Müharibəsindədəkcə düşmənə yox bütün dünyaya göstərdi. Yüksək döyüş hazırlığı, müasir silah-sursat və döyüş texnikasına malik olan ordumuz 30 illik işğala son qoyaraq əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad etdi.
   Güclü ordu güclü dövlətin rəmzidir. Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, onun güclü  və peşəkar ordusu var. Onunla güc dilində danışmaq olmaz. Bu gün müstəqilliyimizin qarantı kimi çıxış edən, dövlətimizi, dövlətçiliyimizi, xalqımızı istənilən təhdid və işğaldan qoruya bilən ordumuz təkcə ölkəmizin deyil eyni zamanda regionda sülhün qorunmasında mühüm əhəmiyyətə malikdir.
 
Könül Əfəndiyeva – YAP üzvü
 

Şərhlər

XƏBƏR LENTİ