Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi - MİLYONLARLA VƏSAİT XƏRCLƏYİBLƏR, AMMA...
Azərbaycanın görkəmli travmataloqlarından biri olan Məzahir Məmmədov Şəmkir Rayonu Kür qəsəbəsində yerləşən xəstəxana haqqında yazıb.
Xalqxeber.az-ın gununsesi.info-ya istinadən xəbərinə görə, tanınmış həkim milyonlarla vəsait hesabına təmir olunan bu xəstəxananın fotolarını paylaşayaraq, indi baxımsız qaldığını deyib.
Onun açıqlamasını təqdim edirik:
Bir neçə il bundan əvvəl milyonlarla vəsait hesabına yüksək səviyyədə əsaslı təmir və müasir avadanlıqlarla təchiz olunmuş Kür qəsəbə xəstəxanasının yetim qalan görüntülərini təqdim edirəm. Vaxtilə 15 il çalışdığım bu xəstəxanada ölkəmizin müxtəlif guşələrindən minlərlə xəstə şəfa tapıb.
Hərsahəli çalışan ,müasir yanaşmalar sərgiləyən tibb kollektivi vardı. İndi boş qalıb. Zamanında dörd tərəfdəki yaşayış məntəqələrinin əlli mindən çox sakininə ambulator və stasionar xidmət edilirdi. Bu gün Kür qəsəbəsi yuxarıların yadından necə çıxıbsa,xəstəxana da eləcə yaddan çıxıb. TƏBİB-in “möhtəşəm” fəaliyyətinin bütün ölkədə nəticəsi budur”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...