SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Muxtar Babayev tədbir görmürsə... - Onun özü haqda tədbir görmək lazımdır...

Muxtar Babayev tədbir görmürsə... - Onun özü haqda tədbir görmək lazımdır...

Tarix:

1-06-2023, 10:46

/ 236 dəfə oxundu.
Muxtar Babayev tədbir görmürsə... - Onun özü haqda tədbir görmək lazımdır...

Ölkəmizin təbii sərvətlərinə qarşı bəzi məmurlar tərəfindən sərgilənən xain münasibət öz aktuallığını hələ də saxlamaqdadır.Təbii sərvətlərindən olan meşə sərvətləri, heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələrinin əksər sahələri Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşələrimizin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir.
Mediatv.az-ın redaksiyasına daxil olan məlumatlarda Cəlilabad meşələrinin sistematik olaraq qırılması barədə həyəcan siqnalları öz əksini tapır.Bildirilir ki, rayon ərazisində meşələrin davamlı olaraq vəhşicəsinə qırılması yerli ictimaiyyəti ciddi narahat edir. Bu barədə konkret faktlar redaksiyamıza daxil olan həyəcan dolu məlumatlarla təsdiqlənir. Təqdim olunan bütün məlumatlarda birmənalı şəkildə göstərilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov daşıyır. Qeyd olunur ki, məhz Nəsimi Nəsibovun fəaliyyəti nəticəsində Cəlilabad rayonu ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir.Eyni zamanda bildirilir ki, odun və kömür biznesi birbaşa Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun əlində cəmləşib.Sadə texnologiya ilə hazırlanan kömür isə həm qonşu rayonlarının, həm də paytaxtın kababxanalarına göndərilir.Nəsimi Nəsibov bu əməlləri müəyyən meşə gözətçiləri vasitəsi ilə həyata keçirir.Belə ki,Masallı RMTM-nin Göytəpə meşəbəylyinin 14 saylı dolayın gözətçisi İbadət Seyfullayev nəzarət etdiyi ərazidə Nəsimi Nəsibova arxalanaraq qanunsuz olaraq ağacları kəsməklə məşğuldur.Çiyələk əkən fermerlər üçün,İbadət Seyfullayev pəyələr kəsdirib satdırır.70 hektardan artıq biçənək sahəsini isə öz yaxın adamlarının istifadəsinə verib.Biçənək (ot) pulları, hər hektara 40-50 manatdan yığılaraq yeyilir, qalan açıq sahələr isə mal-qara örüşü kimi vətəndaş və sahibkarlara satılıb.Onlar da həmən sahələrdən öz dədə malı kimi istifadə edir.Bu işdərə ibadət Seyfullayevin qardaşı Oruc Seyfullayev rəhbərlik edir.Oruc Seyfullayev Masallı RMTM-də tingçilik üzrə mühəndis vəsifəsində çalışır.Bu məmurun belə bir “qazanc növündən” asanlıqla əl çəkəcəyini gözləmək ən azından sadəlövhlük olardı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hələ də daxil olan həyəcan siqnallarına lazımi reaksiyanı vermir…
//Mediatv.az//

Şərhlər

XƏBƏR LENTİ