SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvan gömrüyündə YENİ QADAĞA - "Təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib"

Naxçıvan gömrüyündə YENİ QADAĞA - "Təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib"

Tarix:

16-05-2023, 12:59

/ 268 dəfə oxundu.
Naxçıvan gömrüyündə YENİ QADAĞA - "Təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib"

Sədərək Gömrük Keçid Məntəqəsi Türkiyədən enerji içkiləri gətirilməsi ilə bağlı yeni qayda tətbiq edib. Qaydaya əsasən, gömrüyü keçən vətəndaşlar Naxçıvana bir ədəd də olsun bu içkilərdən keçirə bilməz. Bundan əvvəl isə, hər kəsə 10 ədədə kimi icazə verilirdi. Vətəndaşlara tətbiq olunan qadağanın əksinə olaraq isə, bu işin monopliyasına nəzarət edənlər bu məhsulları tonla keçirə bilir. 

Xalqxeber.az bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onlar deyir ki, qadağa ilə bağlı gömrükdə bildirş lövhəsi də asılıb.

Şərur rayon sakini Mahir Qurbanov deyir ki, gömrük işçiləri ondan çantasındakı 3 ədəd “Red Bull”u ya açıb içməyi, ya da atmağı tələb ediblər:
“Uzun illərdir Türkiyədə işləyirəm. Tez-tez gedib gəlirəm. İstanbuldan gələrkən hər dəfə 5-10 ədəd enerji içkisi alıram. Yoboyu içdiyimi içib, qalan 3-4 ədədi evə aparırdım. Heç kim söz demirdi 10 ədədə kimi. Bir neçə gün əvvəl Türkiyədən Naxçıvana gələrkən 3 ədəd “Red Bull” qalmışdı. Dedilər ki, qəti qadağandır. Ya geri qaytar, ya da at sonra gəl keç. Məcbur qalıb enerji içkilərini Türkiyəyə gedən tanışlara hədiyyə etdim”.
Kəngərli rayon sakini Bahadur Mustafayev isə deyir ki, gömrükdə təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib:
“ İğdırdan 4 ədəd almışdım ki, evdə gündə birini içərəm. Naxçıvanda eyni içkilər ikiqat baha satılır. Gömrük işçiləri dedilər ya aç iç, sonra keç, ya da burda qoy get. Bilirdim ki, orda qoysam, özləri götürüb ya içəcək, ya da evə aparacaqlar. Onlara qalmasın deyə, hamısını açıb, orada içdim, sonra gömrüyü keçdim. Əvvəl bir neçə ədədə söz demirdilər. Yeni gələnlər bu monopooiyanı da ələ keçirdikdən sonra bu qadağanı tətbiq etməyə başlayıblar”.
Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük Keçid Məntəqəsi ilə əlaqə saxladıq. Məntəqədön bütün növ enerji içkilərinə qadağa qoyulduğunu təsdiqləsələr də, bunun monpoliya ilə əlaqəli olduğu ittihamını rədd etdilər.

Şərhlər

XƏBƏR LENTİ