SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ölkəmiz üçün uğurlu keçən Brüssel görüşü

Ölkəmiz üçün uğurlu keçən Brüssel görüşü

Tarix:

16-05-2023, 10:58

/ 270 dəfə oxundu.
Ölkəmiz üçün uğurlu keçən Brüssel görüşü

May ayının 14-də Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüssel formatında sayca beşinci görüş baş tutdu. Azərbaycan üçün müsbət məqamlarla yadda qalan bu görüş iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edilir.

Brüssel danışıqlarını iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edilə bilər. Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Belçikanın paytaxtında keçirilən növbəti üçtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul edib.

Aİ Şurasının Prezidenti Şarl Mişel söyləyib ki, görüşdə sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edilib:
“Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29 800 kvadrat kilometr və Azərbaycanın 86 600 kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər”.
Ərazi bütövlüklərinin qəbul edilməsi sərhədlərin müəyyənləşməsi və davamlı sülhün bağlanması üçün vacib şərtlərdəndir. Bu, Ermənistanın Azərbaycana qarşı əsassız və qanunsuz ərazi iddialarından əl çəkəcəyinə ümid etməyə əsas verir. Şarl Mişel çıxışında Azərbaycanın Qarabağ iqtisadi rayonunun “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırması respublikanın ərazi bütövlüyü və unitarlığının bir daha tanınmasının vacib göstəricilərindəndir.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində keçirilən görüş arzu edilən və gözlənilən sülh müqaviləsinin imzalanması ilə nəticələnməyib. Ancaq məqsədə doğru daha bir addım sayıla bilər. Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edib.
Qeyd edilməlidir ki, Fransa və Ermənistan məqsədyönlü şəkildə dördtərəfli formatda görüşün keçirilməsin. çalışırdılar. Ancaq Azərbaycan tərəfi buna razı olmadı. Nəticə etibarilə də Azərbaycanın iradəsi və qəti mövqeyi sayəsində Brüssel formatında görüş keçirildi. Görüşün Fransasız reallaşması rəsmi Bakının istəyinin təmin olunmasıdır. Bu görüşdə humanitar məsələlər də müzakirə edilib. Azərbaycanın üzləşdiyi mina problemi və itkin düşmüş şəxslərin məsələsi də diqqət mərkəzində olub.
 Görüç zamanı Aİ Şurasının rəhbəri vurğulayıb ki, qarşılıqlı anlaşmanı qorumaq və sülh prosesində irəliləyiş əldə etmək üçün azaraq qarşı tərəfə keçən hərbi qulluqçular tezliklə azadlığa buraxılmalıdır.
Bakı və İrəvan arasında reallaşmasını gözləyən vacib məsələlərdən biri də kommunikasiyaların açılmasıdır. Şarl Mişel görüşdə kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpasına yönəlmiş aydın addımların müəyyən edildiyini bildirib: “Rabitə məsələsinə gəlincə, tərəflər regionda nəqliyyat blokadasının açılmasına və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Hazırda tərəflərin mövqeləri, xüsusən də Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı bir-birinə çox yaxındır”.
 
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
 

Şərhlər

XƏBƏR LENTİ