SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Goranboyda başçıdan gizli iş çevirənlər kimlərdir? - İLGİNC İDDİA

Goranboyda başçıdan gizli iş çevirənlər kimlərdir? - İLGİNC İDDİA

Tarix:

25-04-2023, 09:55

/ 667 dəfə oxundu.
Goranboyda başçıdan gizli iş çevirənlər kimlərdir? - İLGİNC İDDİA

Goranboy rayon Alpout kənd Ə.İsgəndərov adına tam orta məktəbin bir qrup müəllimi redaksiyamıza müraciət edərək, işlədiyi məktəbdə baş alıb gedən özbaşınalıqların və qanunsuzluqların mediada ictimailəşdirilməsini xahiş edib.

Müəllimələr bildirirlər ki, 09.03.2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun bir neçə nəfər əməkdaşı məktəbdə olublar və bir sıra qanunazidd faktlar aşkarlayıblar: Məlum oldu ki, 4-5 şagirdin adı məktəbin sistemində olsada sinif jurnalında yoxdurlar.Yoxlamanın araşdırmasına görə digər şagirdlər həmin şagird “yoldaşlarını” tanımayıblar. Direktorun gözəgörünməz cubuğu ilə sinifdən sinifə keçirilib.
Gözdən uzaq, könüldən aralı düşmüş məktəbdə qanunsuzluqlar bununla bitmirmiş. Məktəbin ocaqçısı Kərimli Fərid Fərman oğlu heç bir vaxt işə gəlməyib, deyilənə görə maaş kartı da direktor Ağayeva Nuridə Şəmsəddin qızında olub.Yəqin ki, bu fakt müasir texnologiyanın köməyi ilə araşdırılsa kartdan hər ay kimin pul cıxartdığı məlum olar.

Dərsdənkənar məşğələlər kimlərdədir və hansı fənnlərə verilib? — direktordan başqa hec kəs bilmir. Hec demə məktəbin direktoru həmin saatlara ayrılan pulları da mənimsəyib. Məktəbin çağırışaqədərki hərbi hazırlıq rəhbəri vəzifəsini direktorun həyat yoldaşı Xəlilov Qurban Tahir oğlu aparır. Ancaq onun rəsmi işçi olmasına baxmayaraq, əlavə şahmat dərsləri, fiziki tərbiyə fənni tədris edir ki, maaşı az qala nazir maaşı ilə eynidir.Hələ bu azmış kimi Uşaq Gənclər İdman Şahmat Məktəbində əlavə şahmat məşğələsi də tədris edir. Görəsən Qurban müəllim bu qədər vaxtı necə planlaşdırır? Məktəbin dərs saatları diaqnostik qiymətləndirməyə uyğun hesablanmayıb. Məktəb direktoru istədiyi qohumuna istənilən fənni nə qədər lazımdır bölübdür. Dərindən yoxlanılsa, digər faktlar da aşkarlanr. Amma məktəb direktoru hardansa güclü dəstək alır və onun bu özbaşınalığına göz yumulur. Deyilənə görə məktəbdə baş verənləri ört basdır etmək ücün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri ilə işini düzüb qoşub ki, bu faktlar hüqüq mühafizə orqanlarına gedib cıxmasın. Hətta bu qanunsuzluqların Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar müəllimin bilib susması da sual doğurur. Belə olan halda Təhsil Nazirliyinin üzərinə hansı vəzifə düşür? Nazirliyin Audit şöbəsinin müdiri nə işlə məşğuldur?
Görəsən bu məsələlər Göranboy rayon icra hakimiyyətinin başcısı Məhərrəm Quliyevdən niyə gizlədilir?

Müəllimələr məktəb direktorunun fəaliyyətinin yenidən araşdırılmasının və barəsində ciddi ölçü götürülməsinin vacibliyində israrlıdırlar.
Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik
Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ