Pirallahının icra başçısı haqda İLGİNC İDDİA - Rayon balaca olsa da, ürəyi "genişdir"...
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Pirallahı icra başçısı Vasif İmanovun mülklərinin siyahısı qarşıma çıxdı. Siyahıya baxdıqca adamın gözləri qamaşdırdı. yayılıb. Həmin siyahıya daxildir:![]()
1. Şabrandakı, daha dəqiq desək Gilavar kəndindəki 5 milyon dəyəri olan villa;
2. Vasif İmanov öz adına uyğun yaratdığı VAST MMC. Hansı ki, bu şirkət vasitəsilə milyonlarla manat dövlət vəsaitini mənimsəyir.
3. İcra başçısının digər qudası isə “Azərsüvinir” MMC – nin sədri Tariyeldir.
4. İcra başçısının ikinci oğlu Zöhrab isə rayonda sahibkarlarla məşğul olur. Onun hərəkətləri artıq rayonda ciddi narazılıq yaradıb.
5. Böyük övladının Çexiyada, Polşada və digər ölkələrdə əmlakları vardır.![]()
Məlumat üçün qeyd edək ki, Vasif İmanov Azərsu-nun sabiq rəhbəri Qorxmaz Hüseynovla qudadır.
Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır.
Yeri gəlmişkən, Turan Həsənzadə Ədliyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində yüksək vəzifə tutur.
Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bu qədər var-dövlətə hansı pullarla sahib olub? Bəlkə bu suala hörmətli Vasif İmanovun özü cavab versin? Bildiyimiz qədərilə onun aylıq əmək haqqı 1000 manatdan çox deyil.
Sonda onu da qeyd edək ki, Vasif İmanovun tanınmış qadın müğənniyə dəniz kənarında qiyməti 2 milyondan çox olan bağ evi hədiyyə edib. Bundan əvvəl isə ona şəhərin mərkəzində 250 kvadrat metr mənzil alıb. Maraqlıdır ki, Vasif İmanovun bu qədər geniş şərait yaratdığı qadın müğənni kimdir? Onların hansı münasibətləri var?
İcra başçısı Vasif İmanovla bağlı çox ilginc məlumatlar var. Bu mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq. //7gun.org//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...