Bayrağımızı yandıran şəxs beynəlxalq axtarışa verildi - RƏSMİ
Xəbər verildiyi kimi, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycan Respubliksının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış cinayət işinin istintaqı Baş prokurorluğun İstintaq idarəsində davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ibtidai istintaqla “Ermənistan İctimai Televiziyası”nın Dizayn studiyasının rəhbəri işləmiş, 28 sentyabr 1982-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş və həmin dövlətin vətəndaşı olan Nikolyan Aram Vrejinin milli düşmənçilik zəminində Azərbaycan Respublikası vətəndaşları və onun maraqlarına qarşı cinayətlər törətmək məqsədilə hazırda şəxsiyyətləri istintaqla araşdırılan bir qrup şəxslə birləşərək qeyd olunan tədbirdə geniş beynəlxalq auditoriya qarşısında nümayişkəranə şəkildə Dövlət bayrağımızı qəsdən yandırıb Azərbaycana qarşı Ermənistan cəmiyyətində milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Aram Nikolyan aprelin 19-da Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdir.
Göstərilən xüsusatlarla əlaqədar Baş Prokurorluq tərəfindən həmin cinayət işinin istintaqının birgə əməkdaşlıq çərçivəsində aparılması üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarına hüquqi yardım haqqında rəsmi müraciətlər göndərilərək Aram Nikolyan barəsində zəruri istintaq hərəkətlərinin keçirilməsi və dövlət sərhəddini keçdiyi halda saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunması xahiş edilib.
Azərbaycan Respublikası və onun vətəndaşlarına qarşı milli nifrət və düşmənçiliyinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də təqsirkar şəxslərin milli və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...