Qarakazımlı sakinlərinin günləri QARA GƏLİB… – GİLEY
Cəlilabad rayonunun Qarakazımlı kəndinin yolları bərbad vəziyyətə düşüb.
Xalqxeber.az bildirir ki, bu barədə "Report"un Muğan bürosuna kənd sakinləri məlumat verib.
Onların sözlərinə görə, kəndin yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Sakinlər deyib ki, Qarakazımlı kəndinin yolundan qonşu Moranlı, Dələli və digər kəndlərin də sakinləri istifadə edir.
Kənd camaatı bildirib ki, bir qədər yağış yağan kimi yolda palçıq yaranır və burada hərəkət etmək çətinləşir.
Məsələ ilə bağlı Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasından "Report"un yerli bürosuna bildirilib ki, kənd sakinlərinin bələdiyyəyə vergi borcları yığılıb.
Qeyd edilib ki, həmin vergi borcları ödənildikdən sonra problem öz həllini tapacaq.
Qeyd edək ki, Qarakazımlı kəndi rayon mərkəzindən təxminən 30 km aralıda yerləşir.![]()
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...