SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fuad Muradov ,Vilayət Eyvazova müraciət etdi

Fuad Muradov ,Vilayət Eyvazova müraciət etdi

Tarix:

15-04-2023, 16:53

/ 869 dəfə oxundu.
Fuad Muradov ,Vilayət Eyvazova müraciət etdi

Xalqxeber.az xəbər verir ki,Milli Fədailər Hərəlatının rəhbəri, Fuad Muradov Daxili İşlər Naziri Vilayət Eyvazova ərizə ilə müraciət edib

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi General Polkovnik Vilayət Eyvazov Cənablarına.

ƏRİZƏ

Cənab Nazir,siyasi fəaliyyətimlə bağlı hər ay Bakıya gedib gəlməyim üçün ekonom maşın almağım lazım oldu və saytlardan online maşın axtarışına başladım.

Avtomobil saytından "shevrolet molibu" markalı 99 GY 619 dövlət qeydiyyat nişanlı maşın tapdım.
Elanda 050 580 80 80 və 050 331 37 99 Tural adlı şəxsin əlaqə nömrəsi var idi.
Mən göstərilən nömrə ilə əlaqə saxladım və maşını almaq istədiyimi bildirdim.
Daha sonra telefonda razılaşdıq və bildirdim ki,mən Atamın səhəti ilə bağlı Bakıya gələ bilməsəm Milli Fədailər Hərəlatının ictimai əsaslarla fəaliyyət göstərən müavinim Rauf Əliyev Fazil oğlunu göndərəcəm, maşına baxsın.
5000 manatı müavinim Əliyev Rauf Fazil oğluna verdim və Bakıya yola saldım.
Bakıda maşına baxdıqdan sonra maşının yoxlanılması və sənədlərin qaydasında olması haqqında yoxlanışa aparıldı.
Məlum olmuşdur ki,maşının Cənubi Koreya respublikasında axtarışı var.
Bu zaman Rauf Əliyev bu məsələ haqqında dedi.
Məndə qeyd etdim ki,elə maşını almaq artıq lazım deyil.
Daha sonra maşını mənə satmaq istəyən şəxs Həsənzadə Tural Əkrəm oğlu bildirdi ki,koreyadan 2 maşınım gəlir istəsəniz onları sizə münasib qiymətə sata bilərəm.
Bu zaman mən maşın gəldikdən sonra baxıb alacağımı dedim.
Lakin Tural Həsənzadə adlı şəxs mənim və müavinim Əliyev Raufun etibarından sui istifadə edərək daha da yaxın olmağı bacardı.
Yekun nəticə isə məndən 5000 manat alaraq gətirilən maşının pulundan çıxılacağını bildirdi.
Bir neçə gün sonra mən hiss etdim ki,quruplaşmış dələduzlar tərəfindən aldadılmışam.
Daha sonra maşına ehtiyac olmadığını, pulumu geri qaytarmağını xahiş etdim.
İndi isə hal hazırda məni aldadaraq cinayat əməlini davam etdirir.

Cənab General Polkovnik sizdən xahiş edirəm ki,mənə qarşı törədilmiş bu cinayyət hadisəsinin nəzarətə götürülməsini göstəriş verəsiniz.
Mən dövlətimin siyasi gərginlik dönəmində bunu sizdən xahiş etməzdim lakin çıxılmaz bir durumda olduğuna görə sizi narahat etdim.
Öncədən təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Şərhlər

XƏBƏR LENTİ