XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » "Burda hər şeyin ÖZ QİYMƏTİ VAR..." - ETİRAZ

"Burda hər şeyin ÖZ QİYMƏTİ VAR..." - ETİRAZ

"Burda hər şeyin ÖZ QİYMƏTİ VAR..." - ETİRAZ
15-04-2023, 11:45

"Türkiyə vətəndaşı olan dostumla "OMD" adlanan xəstəxanada oldum. Gördüklərim birmənalı olaraq dəhşət idi". DİA.AZ bildirir ki, bu barədə jurnalist Savalan Talıblı "OMD" kimi tanınan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda rastlaşdığı mənzərədən bəhs edərək bildirib.

"Orada çalışan tibb bacıları və xadimələr xəstələrdən beş manat almaqdan ötrü dəridən-qabıqdan çıxırlar" deyə etirazını ifadə edən S.Talıblı yazır:

"Hərəsinin öz qiyməti var. Tibb bacıları 10 manat , xadimələr 5 manat. Bu qiymətləri kim müəyyən edib. Oradakı fırıldağa diqqət yetirin. Xəstənin yanına valideyin buraxılmır.

Tibb bacıları xəstəni özü gətirir və səndən bir dəfə pulu "qapazlayıb alır". Ardınca da xadimə gəlir. O da səni "qapazlayır"... Bu biabırçılığın qabağını alan olacaqmı? Dövlət xəstəxanalarında hələ də bu cür özbaşınalıqlar var".

İddia olunanlarla bağlı Xalqxeber.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.