SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Saxta diplom mərəzi: Ən çox əyalətdə yayılıb... - İTTİHAM VAR!

Saxta diplom mərəzi: Ən çox əyalətdə yayılıb... - İTTİHAM VAR!

Tarix:

14-04-2023, 15:20

/ 553 dəfə oxundu.
Saxta diplom mərəzi: Ən çox əyalətdə yayılıb... - İTTİHAM VAR!

Saxta diplomlarla vəzifələrə təyin olunan məmurların ifşası az qala hə gün davam etsə də, bu problem tam olaraq həllini tapmayıb.Ucqar dağ kəndlərində hələ də bü cür saxta dipolmlu şəxslərin vəzifə tutmalarına kimlərsə maddi maraq naminə göz yumurlar.Təbii ki, onların ifşası müəyyən zaman almaqdadır.
Dünyanınsəsi.Az bildirir ki, belə məmurlardan biri də hazırda Şəmkir rayonun Yeni Göyçə kəndində ciddi vəzifə daşıyır. Bu barədə redaksiyamıza rayondan informasiya verilib. Xəbəri verən qaynaq iddia edir ki, “Yeni Göyçə” poçt şöbəsinin müdiri vəzifəsini tutan Rizvan Nəbiyevin diplomu saxtadır.

Saxta diplom mərəzi: Ən çox əyalətdə yayılıb...

Yerli mənbənin bizə vermiş olduğu məlumata görə sözügedən kənddə çoxsaylı ali təhsilli kadrlar olmasına baxmayaraq nədənsə bu saxta diplomlu şəxi müdir təyin ediblər.
Onu da qeyd edək ki, saxta diplomun əldə olunması, saxtalaşdırılması və istifadə olunması birbaşa cinayətdir.
Məhz buna görədə “Cinayət Məcəlləsində bir sıra maddələr var ki, onlar həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslərə 178.3.2 dələduzluq, 308.1 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 320.1 rəsmi sənədlər, diplomlar, möhürlərin saxtalaşdırılması halları olarsa bu maddələr ilə cinayət işi başladıla bilər”.
Əgər müvafiq dövlət qurumları bu faktı araşdırsalar, əmin ola bilərlər.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
//Dünyanınsəsi.Az//

Şərhlər

XƏBƏR LENTİ