Qaraşov İSTEFA ƏRİZƏSİ YAZIB... - İDDİA
Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov ötən həftə Prezident Admnistrasiyasında olub.
Xalqxeber.az bildirir ki, JAMAZ.İNFO-ya verilən məlumata görə, Qaraşovun Bakıya gəlişinin səbəbi həm səhhəti ilə bağlı problemlərdən dolayı həkim müyainəsindən keçmək, həm də işdən çıxmaqla bağlı ərizəsini təqdim etmək olub.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, icra başçısı bir neçə ildir ürəyindəki problemlərdən əziyyət çəkir. Hətta onun bir neçə il əvvəl ürəyinə stend qoyudurduğu da deyilir.
İşdən çıxmasının səbəbi kimi də səhhəti göstərilir. Ki, bunun inandırıcı olub, olmadığını dəqiq demək mümkün deyil. Ona görə ki, Taleh Qaraşov uzun müddətdir Lənkəranı idarə edir. Mütəmadi görüşlərə də qatılır. Rayonda keçirilən tədbirlərdə də iştirakdan yayınmır.
Güman ki, Taleh Qaraşovun işdən çıxma istəyi başqa səbəblərlə bağlıdır. Həmin səbəblərin konkret olaraq nədən ibarət oldğunu hələlik məlum deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...