Kredit təşkilatının İdarə Heyətinə sədr TƏYİN EDİLİB - FOTO
“FinEx Kredit” Bank Olmayan Kredit Təşkilati ASC-nin İdarə Heyətinin sədri (baş icraçı director) dəyişib.
Xalqxeber.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə Rəşad Rzayev Fəxrətdin oğlu “FinEx” BOKT-nin sədri təyin edilib.
BOKT-nin buna qədərki sədri isə Rəşad Qasimov Şöhrət oğlu idi.
Rəşad Rzayevin bu vəzifənin icrasına 2023-cü ilin aprelindən başladıöı bildirilir.
R.Rzayev budan öncə “AccessBank” QSC, “Bank Standard” QSC (ləğv edilib) və “Bank BTB” ASC-də çalışıb.
Son vəzifəsi isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində idi.
“FinEx Kredit” BOKT 2013-cü ildə təsis edilib və həmin il Mərkəzi Bankdan lisenziya əldə edib. BOKT-nin 800 min manatlıq səhmlərinin “18.95%-i Şəlalə Tağıyeva, 18.25%-i Raminə Allahverdiyeva, 15.63%-i Azad Cəbrayılov, 14.83%-i Mobil Şərifov, 14.08%-i Tokay Şıxəlizadə, 6.75%-i Tahir Namazov, 4.63%-i Tofiq Cəfərov, 3.25%-i Azər Hacıyev, 2.03%-i Gülnarə Tağıyeva və 1.63%-i Sevil Hidayətovaya məxsusdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...