Tanınmış jurnalistlər “Qızıl almanı” təqdim edəcək
- 30-03-2023, 19:16
- 539
Verilişdə türk dünyasının folklor və etnoqrafiyasından, türk xalqlarının tarixindən, tarixi keçmişindən söhbət açılır. Türk xalqlarının ortaq mədəniyyəti, ortaq milli adətlər, mənəvi dəyərlər silsilə şəklində işıqlandırılacaq.
Qədim Türk tarixin dərinliklərindən bu günümüzə daşıdığı dəyərlər müasirliyimizə, gələcəyimizə şanlı bir mirasdır. Məhz bu mirası Mədəniyyət kanalı vasitəsi ilə Savalan Talıblı və Aida Eyvazlı obrazlı şəkildə, zəngin materiallar, mükəmməl tədqiqatların nəticəsi olaraq təqdim edirlər.
Türkdilli xalqların öz ləhcələrində anlaşılan formada çıxışları, özəl adətləri, gələnəkləri ifadə etmələri xüsusilə seçilən amillərdəndir.
Bu verilişin auditoriyasının ölkəmizdən kənarda, əsasən Türk dünyası ölkələrində, uluslarında daha da genişlənəcəyinə böyük ümid edirik.
Kökümüzə, tariximizə, ortaq dəyərlərimizə qayıdış, onun təbliği, yaşadılması verilişin əsas prinsiplərindəndir.
Analoq.az