Tanınmış jurnalistlər “Qızıl almanı” təqdim edəcək
Azərbaycan Televiziyasının Mədəniyyət kanalının efirində tanınmış jurnalistlər Aida Eyvazlı və Savalan Talıblının təqdimatında “Qızıl Alma” verilişi efirə gedəcək.
Verilişdə türk dünyasının folklor və etnoqrafiyasından, türk xalqlarının tarixindən, tarixi keçmişindən söhbət açılır. Türk xalqlarının ortaq mədəniyyəti, ortaq milli adətlər, mənəvi dəyərlər silsilə şəklində işıqlandırılacaq.
Qədim Türk tarixin dərinliklərindən bu günümüzə daşıdığı dəyərlər müasirliyimizə, gələcəyimizə şanlı bir mirasdır. Məhz bu mirası Mədəniyyət kanalı vasitəsi ilə Savalan Talıblı və Aida Eyvazlı obrazlı şəkildə, zəngin materiallar, mükəmməl tədqiqatların nəticəsi olaraq təqdim edirlər.
Türkdilli xalqların öz ləhcələrində anlaşılan formada çıxışları, özəl adətləri, gələnəkləri ifadə etmələri xüsusilə seçilən amillərdəndir.
Türk ölkələrinin tarixinin ortaq olduğu kimi, gələcəyinin də ortaqlıq və birlik içində olacağı bu verilişdə əyani şəkildə, ortaq tariximizin nəticəsi olaraq ərsəyə gətirilir, bir daha təsdiq olunur.
Bu verilişin auditoriyasının ölkəmizdən kənarda, əsasən Türk dünyası ölkələrində, uluslarında daha da genişlənəcəyinə böyük ümid edirik.
Kökümüzə, tariximizə, ortaq dəyərlərimizə qayıdış, onun təbliği, yaşadılması verilişin əsas prinsiplərindəndir.
Analoq.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...