Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi
Bloqer Nagehan Abdullayeva instaqram səhifəsindəki paylaşımına şərh yazan izləyicisindən polisə şikayət edib.
“Qafqazinfo”nun məlumatına görə, o, ərizə ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, instaqramda şəkillərinin altından tanımadığı səhifələrdən nalayiq ifadələr yazıblar. Ərizə əsasında profillərin müəyyən edilməsi üçün DİN tərəfindən araşdırma aparılıb. 28 yaşlı Xanım Quliyevanın (şərti ad-soyad) ona qarşı nalayiq ifadələr işlətdiyi müəyyən edilib.
Məlum olub ki, izləyici Nagehanı Türkiyədə zəlzələ baş verən ərəfədə əyləncəli paylaşım etdiyi üçün təhqir edib. İzləyici zəlzələ nəticəsində minlərlə insanın öldüyü halda Nagehan Abdullayevanın əri ilə musiqi qoşub rəqs etdiyi görüntünü paylaşdığını deyib. Buna görə də X.Quliyeva ona qarşı nalayiq ifadələr işlətdiyini bildirib. Qadın əməlindən peşman olduğunu qeyd edib.
İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə Xanım Quliyeva barəsində inzibati protokol tərtib edilib. Protokola Nərimanov Rayon Məhkəməsində baxılıb. X.Quliyeva 100 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, əslən türkiyəli olan N. Abdullayeva azərbaycanlı bloqer Fərid Abdullayevlə ailəlidir. Cütlüyün iki övladı var. N. Abdullayevanın instaqram izləyicilərinin sayı 1 milyondan çoxdur.


XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək