SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fazil Mustafa ilk ona zəng etdi: “Məni vurublar, tez gəl..."

Fazil Mustafa ilk ona zəng etdi: “Məni vurublar, tez gəl..."

Tarix:

29-03-2023, 11:44

/ 284 dəfə oxundu.
Fazil Mustafa ilk ona zəng etdi: “Məni vurublar, tez gəl..."

 
“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.

Bunu gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:

“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim bura”.

Qeyd edək ki, deputat ilk olaraq 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb. Hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb.

Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Şərhlər

XƏBƏR LENTİ