SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz istismarı İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları tərəfindən

“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz istismarı İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları tərəfindən

Tarix:

28-03-2023, 12:30

/ 304 dəfə oxundu.
“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz istismarı İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları tərəfindən

MÜRACİƏT  
 
Biz “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz istismarı İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları üzləşdiyimiz qanunsuzluğa görə etiraz edirik. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin məsələni şəxsən özünün obyektiv araşdırıb ədalətli qərar verməsinə zərurət var.Əks təqdirdə tətilimizi davam etdirəcəyik.
“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz istismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədov hansı imtiyaz sahibidir ki, özündən aşağı vəzifə tutan işçini insanların gözü qarşısında söyüb təhqqir edir ?
Bu azmış kimi təhqqirə məruz qalmış şəxs qanunsuz olaraq işdən çıxarılır.
Belə özbaşınalığın qarşısı qanunu qaydada alınmasa sabah bizidə analoji qaydada qanunsuz işdən çıxaracaqlar.
Qeyd edək ki, 15 mart 2023-cü il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz istismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədov tərbiyəsizlik nümayiş etdirərək Ucar Xidmət Sahəsinin əməkdaşı İlkin Məmmədovu insanların gözü qarşısında nalayiq şəkildə söyüb təhqqir etmişdir.Bu azmış kimi səhəri günü heç bir araşdırıma aparılmadan onu qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən çıxarıblar.
Hansı ki, həmin günü İlkin Məmmədov heç bir qanun pozuntusuna yol verməmiş heç kəslə dava-dalaş etməmişdir.
Biz bu özbaşınalığa etiraz olaraq tətil etdiyimiz üçün Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Osman Behbudov və bir neçə nəfər məsul vəzifəli şəxs martın 27-də Ucarda olub iclas keçiriblər. Ancaq həmin iclasa İlkin Məmmədov buraxılmadığı üçün bütün işçilər iclasda iştirak etməkdən imtina etdilər.Bu iclasdan çox Zaur Məmmədovun qanunsuz hərəkətlərinə haqq qazandırmağa yönəlmiş bir şou idi.
Biz Ağsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədvun barəsində qanunu tədbirlər görülənə kimi tətilimizi davam etdirəcəyik.Tələb
Mətuat vasitəsi ilə “Aimiz qanunu və əsaslıdır,  Azərbaycan qanunu dövlətdir. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevdən xahiş edirik bu məsələni şəxsən özünüz obyektiv araşdırıb ədalətli qərar qəbul edəsiniz.
 
Abbasov Seymur Həsənəli oğlu
Mustafayev Elgün Bəxtiyar oğlu 
Hacıyev Cavanşir Böyükbala oğlu
Əzizov Bəhruz Şahlar oğlu
Abdullayev Teymur Ənvər oğlu
Baxışov Soltan Ağamusa oğlu 
Əhmədov Əhməd Namət oğlu
İsmayılov Ehtiram Bədəl oğlu
Rzayev Rəşad Həsən oğlu
Hacıyev Murad Azər oğlu
Xəlilov Araz Məmmədəli oğlu
Ağayev Ramiz İmaməli oğlu
Səfərli Rəşid Abdul oğlu
Bədəlov Ağalar Araz oğlu
Əşrəfzadə Müşfiq Ərəstun oğlu
Soltanov Habil Sabir oğlu
[media=https://youtu.be/PApAwUNmGSM]

Şərhlər

XƏBƏR LENTİ