SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “İcra başçısı atama deyib ki, get evini Vasif Talıbovdan istə…” - NARAZILIQ VAR!

“İcra başçısı atama deyib ki, get evini Vasif Talıbovdan istə…” - NARAZILIQ VAR!

Tarix:

24-03-2023, 18:52

/ 427 dəfə oxundu.
“İcra başçısı atama deyib ki, get evini Vasif Talıbovdan istə…” - NARAZILIQ VAR!

Naxçıvan Muxtar Respublikası (MR) hərbi şəhərcik sakini Səfərov Arzu Firudin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovdan şikayətçidir:

“Mən, Səfərov Arzu Firudin oğlu, yazaraq sizə bildirirəm ki, 1984-cu ildən Naxçıvan şəhərindəki hərbi şəhərcikdə (ev 51) yaşayırdıq. Atam Səfərov Arzu Firudin oğlu 1982-ci ildən hərbi hissədə xidmət etmiş, 1999-ci ildə təqaüdə çıxmışdır. Evimizin sənədləri doğru-düzgündür.

2012-ci ildə Vasif Talıbovun göstərişi ilə evimizdən məcburi qaydada, zorakılıqla çıxarıldıq. Belə ki, qazı, işıği kəsərək bizi çarəsiz vəziyyətə saldılar. Ailə üzvlərimiz dövlət işində işlədiklərinə görə, atamı hədələyiblər ki, elə etmə işinizdən də olasınız. Hətta atama deyiblər ki, həyat yoldaşın 48 ildir işləyir, işinə son verə bilərik, evi sakitcə boşaldın.

Evdən çıxmadığımıza görə, atamı Naxçıvan Şəhər Polis İdarəsinə apardılar. Orada yenə təlbə ediblər ki, evi boşalt. Atam deyib ki, başqa evim yoxdur, ailəmlə birgə harada necə yaşayım?! Bunlara məhəl qoymayaraq, ona işgəncə verilib. Atam özü haqqında məlumat verərək qeyd edib ki, 1996-ci ildə dövlət çevrilişinin qarşısının alınmasında iştirak edib, lakin dediklərinin heç birinə məhəl qoyulmayıb.

Keçmiş icra başçısı Vüqar Səfərov polis idarəsində atama deyib ki, gedib çoban olardın, bizə nə sən nə iş görmüsən?! Əlavə edib ki, bu tapşırığı bizə Vasif Talıbov verib, get evini ondan istə.

Beləliklə, bizi aciz vəziyyətlərə salaraq, işığı, qazı, suyu kəsərək evdən məcburi çıxardılar. Hal-hazırda bütün sənədlərimiz əlimizdədir. Xahiş edirik bizə kömək edin, şikayətimizi işıqlandırın”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//Hurriyyet.az//

Şərhlər

XƏBƏR LENTİ