SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zaur Mikayılovun bu kadrından xəbəri varmı? - İLGİNC İDDİALAR...

Zaur Mikayılovun bu kadrından xəbəri varmı? - İLGİNC İDDİALAR...

Tarix:

24-03-2023, 13:58

/ 518 dəfə oxundu.
Zaur Mikayılovun bu kadrından xəbəri varmı? - İLGİNC İDDİALAR...

 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) tabeçiliyində olan Viləşçay Su Anbarı Masallı rayonunda əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1986-cı ildə tikilmişdir. Qeyd edək ki, su anbarının həcmi 46,0 mln. m³, torpaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulmuşdur.

Rusif Kərimov 2 ildir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun sərəncamı ilə bu idarəyə rəis təyin edilib. 2016-ci ildən Masallı Viləşçay Su anbarı İstismarı idarəsində əvvəl mühəndis, hidrotexnik, 2017-ci ildən isə idarənin baş mühəndisi vəzifəsində calışmış Rusif Kərimovun təyinatı ilk vaxtlar fermerlər tərəfindən razılıqla qarşılansa da bu uzun sürmədi. İndi Rusif Kərimov özündən əvvəlki rəislərin ölənlərinə rəhmət oxutdurur.

Onu da qeyd edək ki, bu su anbarları regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Yəni dövlət bu sahəyə milyonlarla vəsait qoyur ki, fermerlər bundan istifadə edərək ölkədə ərzaq bolluğu yaratsın, qiymətlər ucuzlaşsın və s... Amma məmurlar bu milyonları mənimsəyərək ölkədə ərzaq qıtlığı yaradır, süni qiymət artımına rəvac verirlər.

Fermerlərə suyu neçəyə, hansı qiymətə satmaqları daha ciddi problemdir. Axı, dövlət öz vəsaitini ayırıb ki, fermerlərə ucuz qiymətə şərait yaradılsın. Amma rəis Rusif Kərimovun öz qimətləri var. Masallı fermerləri onun əlindən qan aglayır.

Bütün bunlar azmış kimi Viləşçay Su Anbarı İstismar İdarəsində hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi üçün ASC-dən ayrılan vəsaitlər mənimsənilir. İdarəyə ayrılan avadanlıqlar kimlərəsə icarəyə verilir, hər il külli miqdarda dəyəri olan yanacaq silinərək mənimsənilir. Hidrotexniki qurğuların təmiri adı altında dövlət vəsaiti silinir.

Bir sözlə, idarədə yoxlama aparılsa maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, həmçinin su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında küllü miqdarda dövlət vəsaiti mənimsənilməsi üzə cıxar.

Biz anbardakı balıq biznesi və ən dəhşətlisi anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə faktları dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //milletinsesi.info//

Şərhlər

XƏBƏR LENTİ