"Can Azərbaycan fövqəladə toplantı keçirilməsini təklif etdi" - Çavuşoğlu

"Tarix sürətlə gedir. Biz məsləhətləşmələrimizi intensivləşdirməliyik. Can Azərbaycan bunu nəzərə alaraq Təşkilatımıza Fövqəladə Zirvə Toplantısı təşkil etməyi təklif etdi. Özbəkistan prezidentliyi dövründə də bizə ev sahibliyi etmək şərəfini təklif etdi. Zirvəmizi başqa gündəmlə toplamaq istərdik. Lakin biz əsrin fəlakəti ilə əlaqədar olaraq "Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım" mövzusunu seçdik".
Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı öncəsi deyib.
"Dərin kədər içindəyik. Bilirik ki, bu kədər təkcə Türkiyədə yaşanmır. Sizin bu güclü dəstəyiniz bir daha sübut etdi: "Birliyimiz Gücümüzdür" desək, hər bir fəlakətin öhdəsindən gələrik.
Türk Dövlətləri Təşkilatı bizim arzumuz idi. Bu gerçəkləşdi. Biz korporativ infrastrukturumuzu günü-gündən gücləndiririk. Biz əməkdaşlığımızı yeni sahələrdə genişləndiririk", - deyə XİN rəhbəri qeyd edib XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...