Bakı İstintaq Təcridxanasında MƏHBUS SIXLIĞI - ŞİKAYƏT VAR
Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslər sıxlıqdan əziyyət çəkir.
Xalqxeber.az-ın xəbərinə görə, bu barədə Gununsesi.info-ya məlumatı verən həmin şəxslərdən birinin valideynləri bildirib ki, övladları 4 nəfərin nəzərdə tutulduğu kamerada 10 nəfərlə saxlanılır: “Övladımızın yanına getmişdik. Şikayətlənir ki, yatmağa imkan yoxdur. Cəmi 4 çarpayı var. Gecə növbə ilə yatırlar”.
Vətəndaşların sözlərinə görə, Ombudsman Aparatından gələn şəxslərə həmin kameraların qapısı açılmır. Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.
Onu da qeyd edək ki, İnsan Hüquqları Üzrə Müvəkkiliin (Ombudsman) ötən illə bağlı hesabat məruzəsində bu məsələ xüsusi vurğulanıb. Görünür, Penitensiar Xidmət rəhbərliyi nəticə çıxarmaq niyyətində deyil.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...