SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Talıbovlar təhlükədə: Yoxlamalar Seymuru həbsə apara bilərmi? - İLGİNC GƏLİŞMƏ

Talıbovlar təhlükədə: Yoxlamalar Seymuru həbsə apara bilərmi? - İLGİNC GƏLİŞMƏ

Tarix:

15-03-2023, 18:02

/ 353 dəfə oxundu.
Talıbovlar təhlükədə: Yoxlamalar Seymuru həbsə apara bilərmi? - İLGİNC GƏLİŞMƏ

 
Ötən il dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri postundan könüllü şəkildə istefa verən Vasif Talıbovun adı ətrafında yaranmış ajiotaj tədricən səngiyir.

Naxçıvan “xan”ı ilə bağlı irəli sürülən ehtimalların özünü doğrultmaması onun personasına olan marağı azaldıb.

Yenisabah.az xatırladır ki, V.Talıbovun “vurulmasının” ona baha başa gələcəyi bildirilirdi. Həmin vaxt hətta sabiq sədrin həbs oluna biləcəyi iddia edilirdi. Talıbovla yanaşı ailə üzvlərinin, yaxın ətrafının da cəzalandırılacağı güman edilirdi, amma bu iddiaların əksəriyyəti öz təsdiqini tapmadı.

Vasif Talıbov vəzifədən getsə də, azadlığını qorumağı bacardı. Talıbovların ətrafında baş verən “tufan” bu soyadın daşıyıcısı olan 2 nəfəri – oğul Seymur Talıbovun və qardaş Məhərrəm Talıbovun işdən çıxarılması ilə səngidi. Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru, qardaşı Məhərrəm Talıbov isə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsindən azad ediləndən sonra “təmizləmə əməliyyatı” başa çatdı.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Talıbovlarla bağlı təhlükə tam sovuşmayıb. Buna səbəb kimi dünəndən etibarən Naxçıvan Dövlət Universitetində yoxlamaların aparılması göstərilir.

Qeyd edək ki, Hesablama Palatası martın 14-də Naxçıvan Dövlət Universitetində yoxlamalara başlayıb. Bu qurumun fəaliyyəti, xüsusilə maliyyə vəsaitinin necə xərclənməsi hərtərəfli araşdırılır.

Universitetdəki mənbənin saytımıza bildirdiyinə görə, sözügedən ali təhsil müəssisəsində yoxlamalara başlanılması Talıbovları ciddi şəkildə narahat edir. Müsahibimiz bunun səbəbsiz olmadığını deyir. Onun sözlərinə görə, Vasif Talıbovun oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor postunu tutsa da, təhsil ocağına rəhbərlik birbaşa onun tərəfindən həyata keçirilib. S.Talıbovun razılığı olmadan heç bir qərar qəbul edilməyib. Xüsusilə maliyyə vəsaitləri onun göstərişinə əsasən xərclənib. Bütün köçürmələrə oğul Talıbov tərəfindən ciddi şəkildə nəzarət olunub.

Mənbə Hesablama Palatasının Naxçıvan Dövlət Universitetində ciddi pozuntular aşkarlayacağına şübhə etmir. Onun qənaətinə görə, üzə çıxarılan qanunsuzluqlar keçmiş prorektoru çətin durumda qoya, hətta məhbəsə apara bilər.

Qeyd edək ki, Vasif Talıbovun və ailə üzvlərinin fəaliyyəti ilə bağlı məsələlər daha çox siyasi xarakter daşıyır. Bu isə o deməkdir ki, yoxlamanın nəticəsindən asılı olmayaraq, Seymur Talıbovla bağlı qərar ailəyə münasibətdən asılı olacaq. V.Talıbov bundan sonra da deputat mandatlığını və azadlığını qoruya bilsə, Seymur Talıbovu gözləyən təhlükəni də dəf edə biləcək. //“Yeni Sabah”//

Şərhlər

XƏBƏR LENTİ