Hacı Şahinə qarşı qarayaxma kampaniyasının arxasında dayanan şəxsin kimliyi məlum oldu
Hacı Şahinə qarşı qarayaxma kampaniyasının arxasında dayanan şəxs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərovdur.
Hacı Şahinin sağlığında ona qarşı bir icma yaranmışdı və həmin icmanın yaradılmasının təşəbbüskarı da məhz bu adam idi. Siyavuş Heydərov Hacının sağlığında ona qarşı müxtəlif təxribatlar törədir, dövlətə bağlı dindarların fəaliyyətinə mane olurdu. Bu adam məzhəbçiliyi qızışdırır, hazırda Hacı Şahini hədəfə alan bəzi jurnalistlər və siyasətçilər Siyavuş Heydərovdan qidalanırlar. Sifarişi verənlərdən biri budur.
Məlumatlı adamlar bilirlər ki, Hacı Şahin dövlətə bağlı din xadimi olub, dövlət xadimlərinin ona qarşı rəğbəti təsadüfi deyildi. O, Azərbaycan dövlətinə və İslama xidmət edirdi. Azərbaycandakı dini ideologiyanı İrandan qoparmışdı. Uzun illər ölkəmizdə hökm sürən dini-ideoloji boşluğu məhz Hacı Şahinin sağlam ruhaniliyi doldurmuşdu.
Dəhşətlisi budur ki, S.Heydərov Dini Komitənin bütün əməkdaşlarını şəxsi maraqlarına səfərbər edib. İzləsəniz, görəcəksiniz ki, Komitənin dövlətdən maaş alan əməkdaşları məzhəbçi, Hacı Şahini hədəfə alan statuslar paylaşırlar.
İranda yaşayan Azərbaycan əsilli xainlər dövlətimiz əleyhinə müzakirələr açıblar və Hacı Şahini də alçaltmağa çalışırlar. İranla eyni mövqedən çıxış edən məmurların fəaliyyəti araşdırılmalıdır.
İndi Siyavuş Heydərov ciddi cəhdlə çalışır ki, "Məşədi Dadaş" məscidinə öz adamını təyin etdirsin. Əslində bu adamın məqsədi məscidi məhv etməkdir. Qısası, S.Heydərov Hacı Şahinin ölüsündən də qorxur.
Aidiyyatı dövlət qurumları, mötəbər şəxslər bu adamın fəaliyyətini araşdırmalıdırlar.
Diqqət edirsinizsə, ölkədə bütün qurumlarda bu və ya digər dəyişikliklər baş verib, islahatlar aparılıb. Amma Dini Komitə islahatlardan tamamilə kənarda qalıb.
Samir Feyruzov
Azsiyaset.com xəbər portalının baş redaktoru

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək